
Azərbaycanda müəllimlərə və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi üzrə hazırlıq gedir.
Modern.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov deyib.
Onun sözlərinə görə, həkimlərin və müəllimlərin dövlət qulluğunun xüsusi növünə aid edilməsi nəzərdə tutulur.
V.Misirov deyib ki, hazırda bununla bağlı konkret sənəd olmasa da, yaxın zamanda bu məsələ öz həllini tapacaq.
“Bu, Komissiyanın səlahiyyətində deyil, Nazirlər Kabineti və əlaqədar nazirliklər bununla bağlı qərar verməlidirlər".
Şahanə Rəhimli