Modern.az

Məleykə Abbaszadə: “Bu il ali məktəblərə keçid balları dəyişə bilər”

Məleykə Abbaszadə: “Bu il ali məktəblərə keçid balları dəyişə bilər”

Ölkə

4 Aprel 2013, 12:32

“2012-ci ilin qəbul imtahanlarında ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub”. Modern.az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib. TQDK sədrinin sözlərinə görə, dərc olunan “Abituriyent” jurnalında abituriyentlər keçid balları ilə də tanış ola bilərlər: “amma bu o demək deyilç ki, bu il də həmin keçid balları olacaq. Çünki bu abituriyentlərin sayına, ixtisas yerlərindən, göstərdiyi nəticələrdən asılı olacaq”.

Qabiliyyət imtahanı ilə bağlı da danışan Məleykə Abbaszadə bildirib ki, mayın 1-dən 20-dək TQDK tərəfindən yaradılmış müvafiq qabiliyyət imtahanı komissiyalarında tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməklə iştirak edə bilərlər.

Komissiya sədri onu da qeyd edib ki, magistr olmaq istəyən tələbələr üçün isə “Magistr” jurnalının üçüncü sayında ixtisas proqramları təqdim olunub. Magistr olmaq istəyənlər həmin proqramlara uyğun olaraq ixtisas seçə bilərlər.

"Magistrların başqa ixtisas seçmələri üçün də burada məlumatlar qeyd edilib. Belə ki, bitirdikləri ixtisasdan asılı olamayarq bütün bakalavrlar 56 nömrəli proqrama aid olan NBA üzrə ixtisaslaşmaları və ya 22 nömrəli proqrama aid olan Turizm işi ixtisaslaşmasını seçə bilərlər. Təhsil və hümanitar ixtisaslar qrupundan başqa qalan bütüb ixtisasları bitirən bakalavrlar 19 nömrəli proqrama iad olan Tempus layihəsi üzrə ixtisaslaşmaları seçə bilərlər".

Ali məktəblərin müsabiqəsinə keçid balları ötən il imtahandan əvvəl də aşağıdakı kimi olub.  - I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər müsabiqəyə buraxıla bilərlər;  - III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər müsabiqəyə buraxıla bilərlər.  Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Aytən Əliyeva  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland