Modern.az

İsa Qəmbərin oğlu təkzib etdi: “Toy təxirə salınsaydı, açıqlama verərdik”

İsa Qəmbərin oğlu təkzib etdi: “Toy təxirə salınsaydı, açıqlama verərdik”

Ölkə

9 Aprel 2013, 14:09

Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər ailə məsələləri ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib. O, qardaşı İlkin Qəmbərin yaxın günlərdə keçirilməsi planlaşdırılan toy mərasiminin restoran sahibi tərəfindən təxirə salınması haqda yayılan məlumatları təkzib edib.

T.Qəmbər Modern.az saytına açıqlamasında bildirib ki, bu informasiyalar həqiqətdən uzaqdır:

“Bu informasiyalar doğru deyil. Hər halda belə şey olsaydı, biz açıqlama verərdik. Mən ümumiyyətlə ailə məsələləri ilə bağlı mətbuatda danışmağı xoşlamıram. Yalnız onu deyə bilərəm ki, belə bir şey olmayıb”.

Qeyd edək ki, dünən mediada Müsavat başqanı İsa Qəmbərin böyük oğlu İlkin Qəmbərin aprelin 17-də paytaxt restoranlarının birində keçirilməsi planlaşdırılan toy mərasiminin obyekt sahibi tərəfindən ləğv olunduğu haqda məlumat yayıb. Xatırladaq ki, Müsavat başqanı İsa Qəmbərin böyük oğlu İlkin Qəmbər bu ilin fevral ayında NİDA hərəkatının üzvülərindən olan Püstə Məmmədova ilə nişanlanıb.

Anar RÜSTƏMOV  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı