Modern.az

Nazirlik: "Azərbaycanda 45 mindən çox eşşək var"

Nazirlik: "Azərbaycanda 45 mindən çox eşşək var"

Ölkə

11 Aprel 2013, 13:18


Son bir neçə ildə Azərbaycanda eşşəklərin sayı artıb. Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi rəsmi rəqəmlərə görə, iri buynuzlu malların və qoyunların da sayında artım baş verib.
Kənd Təsərrüfatı Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu il xırdabuynuzlu heyvanların sayında 1,1 faiz artım baş verib. Belə ki, iribuynuzlu heyvanların sayı 8 milyon 851 min başa çatıb. Statistikaya görə, iribuynuzlu mal-qaranın sayında da artım baş verib. Bu il iribuynuzlu mal-qaranın sayı 1 faiz artaraq 2 milyon 722 min başa çatıb.

Quşların sayı isə bu il 24,6 milyon başa çatıb.

Dövlət Statistika Komitəsinin rəsmi məlumat;na görə, 2013-cü il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 2 milyon 703,9 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 302,3 min baş inək və camış, 8 milyon 651,2 min baş qoyun və keçi mövcud olub.

Beləliklə, 2013-ci il yanvarın 1-ə nisbətən iribuynuzlu mal-qaranın sayı 22 min baş (0,8 faiz), o cümlədən inək və camışların sayı 14,2 min baş (1,1 faiz) və qoyun və keçilərin sayı 91,9 min baş (1,1 faiz) artıb. İribuynuzlu mal-qaranın 48,2 faizini məhsuldar inək və camışlar təşkil edir.

Statistikada ən maraqlı fakt isə, sadaladığımız heyvanlar və quşlardan fərqli olaraq əti yeyilməyən, daha çox köməkçi vasitə kimi istifadə olunan eşşəklərin sayının dinamikasıdır. Eşşəklərin sayında 1988-1992-ci illər arasında azalma baş versə də,  sonradan başlanan artım nəticəsində bu il Azərbaycanda eşşəklərin sayı 45 min 157 baş olub. Daha çox kəndlərdə minik və bəzi yüklərin daşınmasında istifadə olunan atların sayı isə 77 min 157 baş olub.
Eşşək və atların sayında artımın baş verməsi insanların bu heyvanlara tələbatının artması ilə bağlıdır. Ölkədə yanacağın qiyməti bahalaşdığından kənd yerlərində yükdaşımada eşşəklərə üstünlük verməyə başlayıblar.

 

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı