
Xalq artisti İlhamə Quliyevanın oğlu Orxanın toyundan bir neçə gün ötməsinə baxmayaraq, media hələ də bu mərasimlə bağlı müxtəlif məlumatlar yaymaqda davam edir.
Aprelin 19-da “Meridian” restoranında baş tutan toy mərasimində sənətçilərlə yanaşı, hökümət nümayəndələri, deputatlar da iştirak edib.
Modern.az saytınn məlumatına görə, İlhamə Quliyevanın oğlunun toyuna Milli Məclisin, eləcə də hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyi də qatılıb.
Belə ki, bu toyda Milli Məclis rəhbərliyini parlamentin I vitse-spikeri Ziyafət Əsgərov, YAP rəhbərliyini isə icra katibinin müavini, deputat Siyavuş Novruzov təmsil edib.
Qeyd edək ki, “Şöhrət” ordenli İlhamə Quliyeva bir çox sənət adamları kimi hakim Yeni Azərbaycan Partiyasının üzvüdür.
Modern.az