Modern.az

“Əbülfəs Qarayev aprelin 30-da Cəmil Quliyevlə bağlı qərarını açıqlayacaq” - AÇIQLAMA

“Əbülfəs Qarayev aprelin 30-da Cəmil Quliyevlə bağlı qərarını açıqlayacaq” - AÇIQLAMA

Ölkə

24 Aprel 2013, 12:39


“Cəmil Quliyevin Azərbaycan Dövlət Film Fondunun direktoru vəzifəsində qalıb-qalmayacağı aprelin 30-da bəlli olacaq. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev  qərar verəcək”.
Bu barədə Azərbaycan Dövlət Film Fondundan Modern.az-a bildiriblər. Fonddan deyilib ki,  Cəmil Quliyev hələ də Azərbaycan Dövlət Film Fondunun direktoru olaraq qalır.
Onun Fondun direktoru vəzifəsindən getməsi və ya bu vəzifədə qalması ilə bağlı nazir Əbülfəz Qarayev yəqin ki, ayın 30-da qərar verəcək.

“Mədəniyyət” kanalının direktoru vəzifələrini isə müavinlər icra edir. Azərbaycan Dövlət Televiziyasının mətbuat xidmətinin rəhbəri Xatirə Qasım bildirib ki, bununla bağlı hər hansı məlumat yoxdur. AzTV sözçüsü onu da bildirib ki, təyinat olan kimi mətbuata xəbər veriləcək.
Hazırda “Mədəniyyət” kanalında direktor vəzifələrini müavinləri icra edir. Kanala iki müavin – İlham Rəhimli, Nadir Axundov, proqram direktoru Fuad Vəlixanov nəzarət edir.
Cəmil Quliyev dünən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası tərəfindən kanalın baş direktoru vəzifəsinə seçilib. 

Gültəkin Ələsgər  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı