
“Milli Şuranın yaradılması ilə bağlı danışıqlar davam edir”. Bunu Modern.az-a açıqlamasında “El” Hərəkatının sədri Eldar Namazov aparıcı müxalifət partiyaları olan Müsavat və AXCP ilə Milli Şuranın yaradılması məsələsinin perspektivini şərh edərkən bildirib.
“El” sədri vurğulayıb ki, yolun xeyli hissəsi qət olunub.
“Danışıqlarda iştirak etmiş partiya sədrlərinin mətbuatdakı çıxışlarını gördüm. Onlar da bunu müsbət qiymətləndirirlər. Bu mərhələlərdə də danışıqlar uğurlu olacaq. Biz demokratik düşərgənin böyük bir birliyini yarada biləcəyik”-deyə E.Namazov ciddi mesajlar verib.
Xatırladaq ki, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və “El” Hərəkatının sədri Eldar Namazov ideya müəllifi Rüstəm İbrahimbəyov olan Milli Şuranın yaradılması ilə bağlı müzakirələrə start verib. Onlar dünən belə bir görüş keçiriblər.
Aqşin Kərimov