Modern.az

Rüstəm İbrahimbəyov öz tərəfdarlarına mesaj verdi: “Bu işi ləngitmək olmaz!”

Rüstəm İbrahimbəyov öz tərəfdarlarına mesaj verdi: “Bu işi ləngitmək olmaz!”

Ölkə

25 Aprel 2013, 12:39

 “Milli Şuranın əsas konturları may ayının birinci yarısında, ayın 15-dək açıqlanacaq”. Bunu Modern.az saytına “El” hətəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev bildirib. Milli Şura ilə bağlı hazırda gərgin danışıqların getdiyini deyən E.Quliyevin sözlərinə görə, bir çoxları buna qarşı çıxmağa çalışır.

“Milli Şura ilə bağlı hazırda iş gedir. Şuranın tərkibi və fəaliyyət prinsipi ilə bağlı ciddi danışıqlar aparılır. Bəziləri bu ideyaya qısqanclıqla yanaşırlar. Milli Şuranın əsas konturları may ayının birinci yarısında təqdim olunacaq. Aparıcı müxalifət partiyaları ilə çox mürəkkəb danışıqlar gedir”.

E.Quliyev daha sonra qeyd edib ki, AXCP və Müsavat Milli Şuranın əsas yaradıcılarındandır.

“Bu partiyalar danışıqların aparıcı qüvvəsidir. “El” hərəkatı, AXCP və Müsavat Milli Şuranın yaranmasında əsas rolu oynayırlar”.

Rüstəm İbrahimbəyovla mütəmadi əlaqədə olduğunu deyən E.Quliyev kinodramaturqun Milli Şura ilə bağlı onlara xüsusi tapşırıqlar verdiyini açıqlayıb. R.İbrahimbəyov tərəfdarlarına göstəriş verərək işi ləngitməməyə çağırıb:

“Rüstəm müəllimlə mütəmadi olaraq əlaqə saxlayıram. Onun yeganə narahatlığı ondan ibarətdir ki, bu iş daha intensiv olmalıdır. O bildirir ki, işi lənğitmək olmaz. Çünki biz təkcə vaxt itirmirik, şansları itirə bilərik. Rüstəm İbrahimbəyov hazırda Rusiyada olmalıdır”.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı