Modern.az bildirir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizlə Rumıniya arasında əməkdaşlıqdan söz açıb. O bildirib ki, görüşdə diplomatik və xidməti pasport sahibləri üçün viza rejiminin sadələşdirilməsi və qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi də müzakirə olunub.
Ruminiya xarici işlər naziri də əlaqələrin vacibliyindən söz açıb. Eyni zamanda rumun nazir Titus Korlatsean Azərbaycanın Əfqanıstandakı İSAF missiyasına töhfəsini də yüksək qiymətləndirib. Nazir Qarabağ münaqişəsinə də toxunaraq ölkəsinin mövqeyini bildirib. “Rumıniya regionda təhlükəsizlik problemləri yaradan konfliktlərin sülh və beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır”-deyə vurğulayıb.
Aqşin Kərimov