Modern.az

“Qobustan məhbuslarının işinə yenidən baxılmalıdır” – TƏKLİF

“Qobustan məhbuslarının işinə yenidən baxılmalıdır” – TƏKLİF

Ölkə

26 Aprel 2013, 17:54


“Qobustan həbsxanasında hər hansı monitorinq baxış keçirməmişəm. KİV, eyni zamanda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin açıqlamalarından da görünür ki, doğurdan da bir qrup məhkum aclıq aksiyası keçirib”.

Bu sözləri Modern.az-a açıqlamasında Konstitusiya Araşdırmalı Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev Qobustan həbsxanasında bir qrup məhkumun aclıq keçirməsi məsələsinə toxunarkən deyib. O, qeyd edib ki, məhkumların aclıq aksiyasının keçirmələrinə səbəb ömürlük azadlıqdan məhrum etməklə bağlıdır.

“Vaxtı ilə onlar haqqında ölüm cəzası çıxarılıb. Amma Azərbaycanda ölüm cəzası ləğv edilərkən həmin cəzaların ömürlük azadlıqdan məhrumetmə əvəzlənib ki, onlar da hesab edirlər ki, buna yenidən baxılmalıdır. Fikrimcə, cəza tətbiq edilərkən həmin sənədlər üçün qüvvədə olan qanun tətbiq edilməlidir. Bu uzun müddət davam edən mübahisəli bir məsələdir. Onlar da buna görə aclıq aksiyası keçirib. Məhkumların aclıq aksiyası keçirmək hüquqları var. Əgər onlar bu aksiyanı keçirdirlərsə, o zaman bu müvafiq qaydada qeydiyyatdan keçir və onlar ayrıca yerdə yerləşdirirlər. Əgər onların səhhətlərində problem olursa bu zaman həkim rəyindən sonra məhkumların məcburi yedizdirməsi baş verə bilər”.

Ə. Nuriyev qeyd edib ki, aclıq aksiyası heç də cəzaçəkmə müəssisəsi, orada saxlanma şəraiti, rəftar ilə bağlı məsələ deyil. “Bu hüquqi məslədir. Güman edirəm ki, əgər qida qəbul etməməklə bağlı hər hansı məhkumun həyatına təhlükə yaranarsa cəzaçəkmə müəssisənin rəhbərliyi və müvafiq qurumlar tərəfindən müvafiq addımlar atılacaq. Hesab edirəm ki, bu hüquqi mübahisə də özünün yekun həllini tapmalıdır”.

Fond rəhbəri vurğulayıb ki, məhkumlar bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə də müraciət edə bilərlər. “Bunun hüquqi proseduralar vasitəsilə həll etmək lazımdır, nəinki aclıq etməklə. Əgər hüquq buna imkan verəcəksə heç şübhəsiz ki, buna uyğunda qərarlar qəbul ediləcək”.

Qeyd edək ki, Qobustan həbsxanasında ömürlük məhbusların aclıq aksiyası 9 gündür ki, davam edir.

Aytən Əliyeva 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı