
Daxil olan məlumatda bildirilir ki, nehrəmlinin “Şərurda kişi yoxdur” təhqiri qarşı tərəfin bərk qəzəbinə səbəb olub və söyüş söyən şəxs bıçaqlanıb. Davaya başqa şərurlu və nehrəmlilər də qoşulub. Təyyarədə başlanan qanlı dava hava limanında - Naxçıvan terminalında davam edib. Hadisə yerinə Bakıda yaşayan şərurlu və nehrəmlilər də gəlib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının rəhbər şəxsləri gəliblər.
Hava Nəqliyyatında Polis İdarəsindən APA-ya verilən məlumata görə, Naxçıvan sakinləri arasında düşən davada 1 nəfər bıçaqlanıb. Ərazidə xidmət aparan polis əməkdaşları dava iştirakçılarını saxlayaraq idarəyə aparıblar. Bu zaman daha bir qrup şəxs polis idarəsinin növbətçi hissəsinə hücum edərək saxlanılanların sərbəst buraxılmasını tələb ediblər.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları gəlib. Həyata keçirilən tədbirlər nəticəsində insident törədən şəxslərin hamısı saxlanılıb. Onların sayı və adı açıqlanmır. Hazırda faktla bağlı araşdırma aparılır.
Modern.az