Modern.az

Bakıdakı 20 ümumtəhsil məktəbində müəllimlər vahid formaya keçiblər

Bakıdakı 20 ümumtəhsil məktəbində müəllimlər vahid formaya keçiblər

Ölkə

30 Aprel 2013, 15:12

Azərbaycanda təhsilin keyfiyyətindən, məktəblərdəki nizam-intizamdan danışılarkən müəllimlərin geyimi də önə çəkilir. Bildirilir ki, sinifə daxil olan müəllim geyimi ilə nümunə olmalıdır, müəllim adına xələl gətirməməlidir

Qeyd edək ki, bəzi ölkələrdə müəllimlərin xüsusi geyim forması var. Azərbaycanda da müəllimlərin vahid geyim formasına keçidi ilə bağlı tez-tez təkliflər səsləndirilir. Hələlik müəllimlərə belə bir məcburiyyət tətbiq olunmayıb, amma Bakıdakı bir sıra orta məktəblərdə pedaqoqlar artıq vahid geyim formasına keçiblər.
Bəzi paytaxt məktəblərində müəllimlərin vahid geyim formasına keçdiyini Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də Modern.az saytına təsdiqləyiblər.

 “Vahid məktəbli formasına keçid günün əhəmiyyətinə görə, heç də geri qalmayan bir məsələni -  müəllimlərin geyimini gündəmə gətirib. Bu gün artıq Bakı məktəblərində müəllimlərin geyimi nə şagirdlərdə, nə valideynlərdə, nə də ictimaiyyətin digər nümayəndələrində narazılıq yarada biləcək tərzdədir. Hətta bəzi müəllimlər təşəbbüsü dəstəkləməklə kifayətlənməyib, vahid geyimə keçidin təşkili ilə bağlı təkliflərlə də çıxış edib. Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20-dən artıq məktəbdə müəllimlər üçün vahid geyim müəyyən edilib və müəllimlər bu geyimlərin müəyyənləşdirilməsində tam sərbəstdirlər”.

Bu fikirləri Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər.

Qeyd edilib ki, hazırda Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində 30 min 279 müəllim fəaliyyət göstərir.

“Onlardan 27 min 502-si qadın, 2 min 777-si isə kişidir. Son altı il ərzində Bakı şəhərinin 53 müəllimi “Tərəqqi” medalı, 97 pedaqoqu isə “Əməkdar müəllim” fəxri adı ilə təltif olunub. Prezidentinin 2007-ci il 4 sentyabr tarixli sərəncamına əsasən “Ən yaxşı müəllim”müsabiqəsi keçirilməyə başlanıb. Müsabiqənin keçirildiyi beş il ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə çalışan 233 müəllim “Ən yaxşı müəllim” adını qazanıb”.

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı