Modern.az

İranda həbs olunan alimin ailəsi Mehriban Əliyevaya müraciət etdi

İranda həbs olunan alimin ailəsi Mehriban Əliyevaya müraciət etdi

Ölkə

10 May 2013, 12:15

İranda casusluqda ittiham olunaraq həbs edilən azərbaycanlı elmi işçi Xalidə Xalidin ailəsi Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət edib. Bu barədə Modern.az saytına yazıçının oğlu Xalid Məmmədli məlumat verib.

Anasından hələ də xəbər ala bilmədiklərini deyən X.Məmmədli bu dəfə Azərbaycanın birinci xanımından kömək istəyib.

“Biz əlacsız qalmışıq. Heç bir xəbər yoxdur. Tək əlacımız odur ki, konsulluq və Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamaq. Başqa bizimlə əlaqə saxlayan yoxdur. Bəzi dövlət qurumlarına bizə kömək etmələri üçün müraciət etmişik. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya da müraciət etdik. İnanırıq ki, Mehriban xanım bizə köməklik edəcək. Əsassız yerə anama casusluq iddiası irəli sürülüb. Bunlar heç bir əsası olmayan şər və böhtandır”-deyə X.Məmmədli bildirib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid aprelin 30-da Təbrizdə İran xüsusi xidmət orqanları tərəfindən həbs olunub. İran tərəfi alimi casusluqda ittiham edib. Hazırda Azərbaycanın diplomatik nümayəndəliyi rəsmi Tehranla bu istiqamətdə danışıqlar aparır.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı