Modern.az

“Milli Şuranın siyahısı hələ hazır deyil” - AÇIQLAMA

“Milli Şuranın siyahısı hələ hazır deyil” - AÇIQLAMA

Ölkə

16 May 2013, 10:12

“Milli Şuraya üzv olacaq şəxslərin siyahısı hələ hazır deyil, yaxın günlərdə siyahı tamamlanaraq mətbuatda dərc olunacaq”. Bunu Modern.az-a “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev bildirib. Milli Şuranın əsas yaradıcılarından olan E.Quliyev mayın 28-ə planlaşdırılan təqdimat mərasiminə hazırlıqların davam etdiyini bildirib.

“El” rəsmisinin sözlərinə görə, bir çox tanınmış şəxslər, yazıçılar, partiya sədrləri indidən Milli Şurada təmsil olunmaqla bağlı razılıqlarını bildiriblər.

“Milli Şuranın tərkibinin yaradılması istiqamətində iş gedir. Hazırda dəqiq deyə bilmərik ki, siyahı tam hazırdır. Amma bəzi insanlar var ki, artıq Milli Şurada təmsil olunacaqlarını qabaqcadan bildiriblər. Onlar arasında görkəmli ziyalılıar, yazıçılar, siyasi partiya rəhbərləri də var. Hələlik razılaşdırılmamış şəxslərlə də danışıqlar gedir. Siyahı hazır olandan sonra mətbuatda dərc olunacaq. Milli Şuranın say tərkibinə konkret limit qoyulmayıb. Bu 60 nəfər də ola bilər, 50 də”-deyə E.Quliyev vurğulayıb.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı