Modern.az

Akademiyanın üç institutunda boş yerlərə direktor seçkisi keçiriləcək

Akademiyanın üç institutunda boş yerlərə direktor seçkisi keçiriləcək

Ölkə

16 May 2013, 15:52

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir sıra institutlarının direktor vəzifələri artıq uzun müddətdir ki, boşdur. Nizami adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu və Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktor vəzifələrini əvəzediciləri icra edir. Bununla bağlı Modern.az-a açıqlama verən AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutu direktoru Rasim Əliquliyev bildirib ki, həmin institutulara rəhbər yalnız seçki yolu ilə seçilir.

“Bu çox uzun prosesdir. Bununla hələlik vaxtımız olmadığı üçün məşğul ola bilmirik. Amma həmin vəzifələri icra edən savadlı şəxslər var ki, onlar işlərinin öhdəsindən layiqincə, tam məsuliyyətlə gəlirlər. Bu həm də bir əmr və ya sərəncamla olmur. AMEA-nın Nizamnaməsinə əsasən, direktorların seçimi  yalnız seçkilər vasitəsilə həyata keçirilir”.

Qeyd edək ki, Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktor vəzifəsini Ramiz Məmmədov, Nizami adına Ədəbiyyat İnstitutunun direktor vəzifəsini Teymur Kərimli, Nəsimi adına Dilçilik İnstitutunun direktor vəzifəsini Fəxrəddin Veysəlli əvəz edir.

Coğrafiya İnstitutunun direktoru Budaq Budaqov, Ədəbiyyat İnstitutunun direktoru Bəkir Nəbiyev vəfat edib, Dilçilik İnstitunun direktoru Ağamusa Axundov isə səhhəti ilə əlaqədar işdən çıxıb

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı