Modern.az

Azərbaycanlı sülhməramlı: Yeni layihədə ilk MÜSAHİBƏ - “Kosovaya özüm getmək istəyirdim”

Azərbaycanlı sülhməramlı: Yeni layihədə ilk MÜSAHİBƏ - “Kosovaya özüm getmək istəyirdim”

Ölkə

17 May 2013, 15:11


Modern.az
saytının yeni layihəsi beynəlxalq sülhməramlı qüvvələrin tərkibində xidmət edən azərbaycanlı əsgərlərlə bağlıdır. İlk müsahibimiz Kosovada hərbi xidmət keçmiş Rəşad Aslanovdur.

–Ölkəmizdəki hərbi hissədə yeni əsgəri xidmət keçərkən Kosovaya getmək ən böyük arzum idi. Başqa əsgərlər gedib-gəlirdi. Mən də istəyirdim ki, seçiləm və  sülhməramlıların tərkibində xaricdə hərbi xidmət keçim. 6 ayın əsgəri olanda isə arzum reallaşdı. Mənim də adım Kosovaya gedən əsgərlərin siyahısına salınmışdı. Bu mənim üçün çox sevindirici və gözlənilməz oldu.

– Valideynləriniz necə qarşıladı bu xəbəri?

– Razı deyildilər. Getmək hardasa mənim öz təşəbbüsüm oldu. Valideynlərimin qorxu hissi var idi. Adım siyahıya salınandan sonra isə artıq valideynlərimin əlindən bir şey gəlməzdi.

– Sizin üçün Vətəndən kənarda olmaq çətin olmadı?

– Heç bir problemim olmadı. Çünki orda əsgərlər üçün hər bir şərait yaradılmışdı. Vəziyyətimiz yaxşı idi. Qidalanma çox yaxşı idi. Bizə banandan tutmuş digər meyvələrə qədər verirdilər. İdman da elətdirirdilər.

– Hansı ölkənin ordusunun tərkibindəydiniz?

– Biz Kosova Türk Görev Taboru Qüvvələrinin tərkibində idik. Bəzi kəndlər və bölgələrdə isə Türkiyənin bölükləri var idi. Bir bölüyün tərkibində də Azərbaycan və Türkiyə taqımları var idi.

– Əhalinin sizə münasibəti necə idi?

– Orda camaat əsgər görən kimi bilmirdi nə etsin. Çox sevinirdilər. Bəlkə də onların başına gələn hadisələrdən dolayı belə idi. Kənd camaatı bizə əl edirdilər. Oradakı bütün sülhməramlılara əhali çox hörmət edirdi. Biz belə bir davranış gözləmirdik. 

– Evinizlə necə əlaqə saxlayırdınız?

– Telefonla. Bizə hər ay Azərbaycan dövləti tərəfindən beş avroluq danışıq kartı verilirdi. Ondan əlavə bizə maaş da ayrılırdı. İstəsəydik əlavə danışıq kartları da ala bilərdik. Bu mənada əngəl yox idi...

– Nə qədər maaş alırdız?

– Günə on dollar.

– Yadınızda qalan hər hansı bir təhlükəli məqam varmı?

– Təhlükəli anlar çox olurdu. Bir də görürdün hardasa partlayış olub. Şəxsən mən özüm təhlükə ilə üzləşməmişəm. Ancaq kəndlərdə birdən kimsə partlayış törədirdi. Biz də ora gedirdik.

– Hər bir əsgərin arzusunda qızla tanış olmaq və onunla ünsiyyət qurmaq var. Siz hansısa xanımla tanış oldunuzmu orada?

– Belə bir şey qətiyyən mümkün deyildi. Xidmət vaxtı biz çölə çıxa bilməzdik.

– Kosovada özünüzə başqa millətdən olan dost qazandınız?

– Türk əsgərləri ilə bir yerdəydik. Amma onları da çox vaxt görmürdük. Ölkə-ölkə bölgü aparılmışdı.

– Hərbi xidmətdən evinizə nə qədər pul gətirdinizz?

– Dəqiq yadımda qalmayıb. Onu bilirəm ki, gələndə özümüz üçün bir neçə şey almışdıq.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı