Modern.az

Səfər Əbiyev Milli Qəhrəmanın oğluna bayraq bağışladı - FOTOLAR

Səfər Əbiyev Milli Qəhrəmanın oğluna bayraq bağışladı - FOTOLAR

Ölkə

17 May 2013, 17:47

Ötən gecə dünyasını dəyişən Azərbaycanın Milli Qəhrəmanı Eldar Ağayevlə bu gün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində vida mərsami keçirilib. Milli Qəhrəmanın tabutu Azərbaycanın üçrəngli bayrağı ilə örtülüb.
Dəfn mərasimində müdafiə naziri general-polkovnik Səfər Əbiyev, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov və bir sıra yüksək rütbəli zabitlər iştirak edib.

Modern.az-ın xəbərinə görə, Səfər Əbiyev  Milli Qəhrəmanın ailəsinə başsağlığı verib və tabuta bürünmüş bayrağı mərhumun oğlu Toğrul Ağayevə əbədi xatirə olaraq təqdim edib.

Vida törəninin ardından qəhrəmanın cənazəsi II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, Daxili Qoşunlarda instruktur kimi çalışan Milli Qəhrəman E.Ağayev xidməti tapşırığını yerinə yetirmək üçün Lənkərana səfər edib. Ötən gecə ürək tutmasından orada dünyasını dəyişib.

 
 

 

 

 

 

 
Elçin Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı