Modern.az

“Mənə də Rüstəm İbrahimbəyov kimi Rusiyanın agenti deyirdilər” - MÖVQE

“Mənə də Rüstəm İbrahimbəyov kimi Rusiyanın agenti deyirdilər” - MÖVQE

Ölkə

30 May 2013, 12:51

Azərbaycanın tanınmış politoloqu, bir vaxtlar aktiv siyasi fəaliyyəti ilə seçilən Zərdüşt Əlizadə kinodramaturq Rüstəm İbrahimbəyova qahmar çıxıb. Politoloq Rüstəm İbrahimbəyovun Rusiyaya işləməsi, rəsmi Moskvanın adamı olması haqda səslənən fikilərin yalnış olduğunu deyib.

Z.Əlizadə özünün vaxtilə Rüstəm İbrahimbəyovun vəziyyətində olduğunu deyib:

“Bilirsiz bu fikirlər mənim haqqımda da olub. Mənə də gah deyirdilər guya Rusiyanın adamıyam, gah da atam iranlı olduğu üçün deyidilər ki, mən İranın agentiyəm. Amma ortada heç bir sübut yoxdur. Rüstəm İbrahimbəyovun yaşı 70- keçib. O Azərbaycanın fəxr ediləsi bir oğludur. O təkcə Rusiyaya bağlı insan deyil. Onun Amerikada, Parisdə, Moskvada evi var. Onun Rusiyanın adamı olması haqda deyilənlərin bir sübutu olmalıdır. O təkcə Azərbaycan vətəndaşı deyil, dünya vətəndaşıdır”-deyə politoloq R.İbrahimbəya təsəlli verib.

Anar RÜSTƏMOV

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı