Modern.az

Hacı Məmmədovla nəhayət görüş olacaq

Hacı Məmmədovla nəhayət görüş olacaq

Ölkə

31 May 2013, 11:23

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov iyun ayının 7-də MTN-də saxlanılan qanqster Hacı Məmmədovla görüşəcək. Elçin Behbudovun Modern.az saytına verdiyi məlumata görə, bu görüş Milli Təhlükəsizlik Nazirliyinin müvəqqəti saxlama təcridxanasında aparılacaq monitorinq çərçivəsində olacaq:
“Monitorinq zamanı Milli Təhlükəsizlik Nazirliyinin müvəqqəti saxlama təcridxanasında Hacı Məmmədovla da görüşməyi planlaşdırıram. Yəni gələn ay onun səhhəti, vəziyyəti ilə bağlı məlumatlı olacağam. İndi isə heç nə deyə bilmərəm. Ayın 7-dən sonra bu barədə məlumat verə bilərəm”.

DİN-in sabiq əməliyyat müvəkkili, adam oğurluğunda və qətllərdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədov ailə üzvləri daxil olmaqla heç kiminlə görüşmək istəmir.

2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı zamanı həbs olunan polis polkovniki Hacı Məmmədovun səhhəti hazırda normal deyil. Onun şəkər xəstəliyi, qan təzyiqi, mədəaltı vəzi problemlərindən əziyyət çəkdiyi bildirilir. 
Sabiq baş əməliyyat müvəkkili Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında ayrıca kamerada saxlanılır:

Hüquq müdafiəçisi Elçin Behbudov bir müddət öncə Modern.az-a açıqlamasında demişdi ki, “o özü MTN-nin təcridxanasında qalmaq üçün milli təhlükəszilik nazirinə məktubla müraciət edib. Hacı Məmmədovdan bizim komitəyə daxil olan məktubda da bildirib ki, onu Qobustan qapalı həbsxanasına köçürsələr, orada öldürəcəklər. Ona görə də öz istəyi ilə MTN-nin təcridxanasında qalır”.

Gültəkin ƏLƏSGƏR   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı