Prezident İlham Əliyev Azərbaycan Respublikasında elmin inkişafında xidmətlərinə və ictimai-siyasi həyatda fəal iştirakına görə Cəlal Əlirza oğlu Əliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az saytının məlumatına görə, bu ay Cəlal Əliyevin 85 yaşı tamam olur. Cəlal Əliev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Dördüncü beşillikdir ki, Milli Məclisin deputat mandatını daşıyır. 2011-ci il noyabrın 7-də 62 saylı Saatlı seçki dairəsindən dördüncü dəfə Milli Məclisin deputat seçilib. Evlidir 1 övladı var.
Cəlal Əliyev mərhum eks-prezident Heydər Əliyevin qardaşı, hazırki dövlət başçısı İlham Əliyevin əmisidir.