Modern.az

11-cilərin 2 iyun tarixli buraxılış imtahanlarının nəticələri açıqlandı

11-cilərin 2 iyun tarixli buraxılış imtahanlarının nəticələri açıqlandı

Ölkə

4 İyun 2013, 18:47

Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı orta məktəblərin XI sinif şagirdlər üçün iyunun 2-də keçirdiyi mərkəzləşdirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb.
Qeyd edək ki, həmin gün Lənkəran, Gəncə, Quba, Qusar, Balakən, Xaçmaz, Zaqatala, Mingəçevir rayonlarının rus bölməsi şagirdləri də buraxılış imtahan vermişdilər.

Bakı şəhərində 23145 (Nərimanov rayonunda 2042, Səbail rayonunda 1366, Yasamal rayonunda 2337, Nəsimi rayonunda 1995, Nizami rayonunda 2218, Binəqədi rayonunda 2989, Sabunçu rayonunda 2497, Xətai rayonunda 2690, Suraxanı rayonunda 2025, Xəzər rayonunda 1594, Qaradağ rayonunda 1254 nəfər, Pirallahı rayonunda 138), Sumqayıt şəhərində 3369, Abşeron rayonunda isə 1665 nəfər XI sinif şagirdi imtahanda iştirak etmişdi.

Lənkəran, Gəncə, Quba, Qusar, Balakən, Xaçmaz, Zaqatala və Mingəçevir rayonlarında orta ümumtəhsil müəssisələrinin rus bölməsi üzrə buraxılış sinfində təhsil alan 1472 nəfər  XI sinif şagirdi imtahan vermişdi.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetiriblər.

İmtahan nəticələrini TQDK-nın saytından - buradan  //tqdk.gov.az/netorta11/öyrənmək olar.

Modern.az


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı