Modern.az

Universitetlərdə yay imtahanları başlayıb - kimdən şikayət var?

Universitetlərdə yay imtahanları başlayıb - kimdən şikayət var?

Ölkə

5 İyun 2013, 10:01


Daha bir tədris ili başa çatdı. Orta məktəblərdə buraxılış imtahanları verənlərlə paralel, ali məktəblərdə də tələblər sessiya imtahanlarının sınağından keçirlər. Artıq bir çox universistetlərdə imtahan sessiyaları başlayıb. Bəs imtahan sessiyalarına hazırlıq nə səviyyədədir?

Modern.az xəbər verir ki, Azərbaycan Dillər Universitetində imtahan sessiyası iyunun 3-dən başlayıb. Və imtahanlarla əlaqədar olaraq apelysiya qərargahı yaradılıb, “qaynar xətt” fəaliyyət göstərir. Artıq 4 fakültədə imtahan olub.

Bakı Slavyan Universitetində də imtahanlar başlayıb. Universitetin mətbuat xidmətinin rəhbəri Adil Əliyev qeyd edib ki, nazirin əmri çap olunub və əmrə müvafiq olaraq qərargah yaradılıb. “Müəllimlər, valideyinlərdən ibarət 33 nəfərlik komissiya da fəaliyyət göstərir, Bununla da imtahanların şəffaf keçirilməsinə nəzarət edilir. Qeyd edim ki, valideyinlərin imtahan prosesində iştirak etməsi universitetlər içərisində yalnız bizdədir”.

Bakı Dövlət Universitetində yay semestr imtahanları iyunun 5-dən başlayır. Nazirin əmrinə müvafiq olaraq burada imtahana hazırlıq işlərinin yüksək səviyyədə aparıldığı, “qaynar xətt”in və apelyasiya qərargahının yaradıldığı bildirilib.

Azərbaycan Pedoji Universitetində də artıq imtahan sessiyasının başlanması ilə əlaqədar “aaynar xətt” yaradılıb. “Qaynar xətt”in rəhbəri Süleyman Məmmədov bildirib ki, onlarda imtahanlar iyunun 6-dan başlayır.
“İmtahan sessiyasına hazırlıq tədris prosesi boyu davam edib. Nazirin əmrinə müvafiq olaraq daxili əmr verilib və 9 nəfərdən ibarət “qaynar xətt” qərargahı yaradılıb. Burada universitetin professorları iştirak edir. Onlar imtahan prosesini müdaxilə etmədən izləyəcəklər. Eyni zamanda “qaynar xətt”ə daxil olan məlumatlar araşdırılacaq və baş verənlər haqqında nazirliyin “qaynar xətt”inə məlumatlar ötürüləcək. Şikayətlər, narazılıqlar olduqda isə operativ şəkildə, yerindəcə araşdırılacaq”.

Qeyd edək ki, bir müddət öncə təhsil naziri Mikayıl Cabbarov imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb. Bu əmrlə rektorlara yay imtahan sessiyasının şəffaf keçirilməsi tapşırılıb.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı