Demokratik qüvvələrin Milli Şurasının ilk iclası artıq başlayıb.Milli Şuranı təsis konfransını Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənli açıq elan edib. Modern.az xəbər verir ki, tədbirdə siyasətçilər, media nümayəndələri iştirak edir.
Cəmil Həsənli qeyd edib ki, Milli Şura ideyası tarixən demokratik təsisatlarda istifadə olunub. O Milli Şuranın yaranması münasibətilə Azərbaycan xalqını təbrik edib. Cəmil Həsənli həmçinin siyasi məhbusların azad edilməsi uğrunda Milli Şuranın mübarizə aparacağından da söz açıb. Ziyalılar Forumun üzvü hakimiyyəti də tənqid edib. O həbs edilən gənclərin saxta ittihamlarla üzləşdiyini də qeyd edib.
Demokratik Qüvvələrin Milli Şurasının bəyannaməsi də tədbir iştirakçılarına paylanılıb.
Milli Şuranın təsis bəyannaməsi
Biz bu bəyannnaməni imzalayan siyasətçilər, ziyalılar, siyasətçilər, vətəndaş cəmiyyəti təmsilçiləıri və fəal gənclər bəyan edirik ki, 95 il bundan qabaq bütün Şərqdə və müsəlman dünyasında ilk demokratik cümhuriyyətinin qurulduğu Azərbaycanda son onilliklərdə avtoritar rejimvə sülalə hakimiyyəti bərqərar olmuşdu. Sənədi imzalayanlar bildirirlər ki,
- Azərbaycanda avtoritetizmdən demokratiyaya dinc keçidi seçkilər vasitəsilə təmin etmək
- Demokratiyaya keçidi dövründə birgə səylərlə ölkəmizdə sabitliyi qoruyub saxlamaq
- Hüququn aliliyinin insan və hüquq azadlıqlarının təmininin və xalqımızın davamlı və hərtərəfli inkişafının əsaslarını yaratmaq
- Azərbaycan müstəqillliyinin süverenliyinin qorunub saxlanılması ərazi bütövlüyünün təmin edilməsinə nail olmaq məqsədilə vətəndaş hərəkatında –Demokratik Qüvvələrin Milli Şurasında birləşdiyimizi elan edirik.

Aqşin Kərimov