
İyunun 7-də Bakıdakı “Buta” sarayında Yeni Azərbaycan Partiyasının (YAP) V qurultayı keçirildi. Qurultayda bəzi təşkilati məsələlər baxılıb, YAP-ın 90 nəfərdən ibarət Siyasi Şurası seçilib. Modern.az saytının araşdırması zamanı məlum olub ki, hakim partiya Siyasi Şura üzvlərinin sayını 2 nəfər artıraraq 88-dən 90-a çatdırıb.
Eyni zamanda Siyasi Şuranın tərkibində də bəzi dəyişikliklər edilib. Köhnə Siyasi Şurada təmsil olunan bəzi YAP-çılar yeni tərkibə düşə bilməyiblər.
Modern.az saytına məlum olub ki, bu günədək Siyasi Şuranın üzvü olan 13 nəfər qurumdan kənarlaşdırılıb.
Əvəzində 15 nəfər ilk dəfə YAP Siyasi Şurasına üzv seçiliblər.
İlk dəfə YAP Siyasi Şurasına seçilənlər isə aşağıdakı partiya üzvləridir:
1. Əli Abbasov - Rabitə və informasiya texnologiyaları naziri
2. Yevda Abramov - Milli Məclisin deputatı
3. Hüseynqulu Bağırov - Ekologiya və təbii sərvətlər naziri
4. Azad Balayev - YAP Balakən rayon təşkilatının sədri, rayon icra hakimiyyəti başçısının müavini
5. Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
6. Asəf Hacıyev - Milli Məclisin deputatı
7. İsa Həbibbəyli - Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı
8. Hicran Hüseynova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
9. David İbrahimxəlilov - Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri
10. Samirə Quliyeva - Yeni Azərbaycan Partiyası Gənclər birliyi sədrinin müavini
11. Ramin Məmmədov - Yeni Azərbaycan Partiyası Gənclər birliyi sədrinin müavini
12. Şahin Mustafayev - İqtisadi inkişaf naziri
13. Seymur Orucov - Yeni Azərbaycan Partiyası Gənclər birliyinin sədri, Dövlət İqtisad Universitetinin prorektoru
14. Hadı Rəcəbli - Milli Məclisin sosial - siyasət komitəsinin sədri
15. Zeynal Nağdəliyev - Prezident Administrasiyası regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri