Modern.az

YAP-ın yeni nəzarətçiləri - Onlar kimlərdir? - SİYAHI

YAP-ın yeni nəzarətçiləri - Onlar kimlərdir? - SİYAHI

Ölkə

10 İyun 2013, 10:57

Yeni Azərbaycan Partiyasının (YAP) iyunun 7-də “Buta Palace” da keçirilmiş V qurultayı bir sıra dəyişikliklərlə yadda qaldı. Qurultayın ümumi qərarı ilə prezident İlham Əliyev növbəti dəfə partiya sədri olaraq Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi elan edildi. YAP-ın mötəbər tədbirində bəzi digər dəyişikliklər də günün hadisəsinə çevrildi. Belə ki, V qurultayda Heydər Əliyev Fondunun prezidenti  Mehriban Əliyeva,  Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, millət vəkili, YAP icra katibi Əli Əhmədov, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov  partiya sədrinin müavinləri seçildilər.

Bundan başqa partiyanın rəhbər strukturları yenidən gözdən keçirilib. YAP-ın bir neçə məşhur siması – keçmiş təhsil naziri Misir Mərdanov, sabiq maliyyə naziri Əvəz Ələkbərov, “köhnə qvardiya”dan olan Şahlar Əsgərov, Əli Əlirzayev və digərləri YAP rəhbərliyindən çıxarılaraq başqaları ilə əvəzləniblər. Qurultayın qərar ilə partiyanın icra katibinin müavinlərinin sayı azaldılaraq 3-dən 2-ə endirilib.

Modern.az YAP-ın qurultayında formalaşdırılan İdarə Heydəri və Siyasi Şura üzvlərinin siyahısını artıq təqdim edib.

Qurultayda YAP Mərkəzi Nəzarət - Təftiş Komissiyasının yeni tərkibi də müəyyən edilib. Komissiyanın say tərkibi 15 nəfərdən ibarətdir.

Modern.az hakim partiyanın Mərkəzi Nəzarət - Təftiş Komissiyasının yeni tərkibini təqdim edir:

1. Mahir Abbasəliyev - Yeni Azərbaycan Partiyası İcra Katibliyi, İşlər İdarəsinin müdiri

2. İlham Əliyev - Milli Məclisin deputatı

3. Rauf Əliyev - Milli Məclisin deputatı

4. Sevinc Hüseynova - Milli Məclisin deputatı

5. Asif İmaməliyev - Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri

6. Tahir Kərimov - Salyan rayon İcra Hakimiyyətinin başçısı

7. Rasim Quliyev - Bakı şəhər İcra Hakimiyyəti, şöbə müdiri

8. Məhəmməd Məmmədov - Aztelekom İstehsalat Birliyinin baş direktoru

9. Muxtar Nağıyev - Yeni Azərbaycan Partiyası Səbael rayon təşkilatının sədr müavini

10. Bəxtiyar Nəbiyev - Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri

11. Aytən Nəbiyeva - Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı Gənclər Birliyinin sədri

12. Məhərrəm Novruzov - Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin direktoru

13. Cavid Osmanov - Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri

14. Rəşad Rəhmanov - Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatı Gənclər Birliyinin sədri

15. Təmraz Tağıyev - Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı