Modern.az

Abbas Abbasovdan ŞOK BƏYANAT: “Bizə qarşı kampaniyanın arxasında kimin durduğu məlumdur”

Abbas Abbasovdan ŞOK BƏYANAT: “Bizə qarşı kampaniyanın arxasında kimin durduğu məlumdur”

Ölkə

11 İyun 2013, 13:41

“RATİ-dən və Rusiyada məskunlaşan soydaşalarımızın taleyi ilə oynamaqdan əl çəkin!” 

 Baş nazirin sabiq birinci müavini, “Azerros” un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Azərbaycan-Rusiya münasibətləri ilə bağlı son bir neçə ayda gedən prosesləri sərt tənqd edən bəyanatla çıxış edib.

Modern.az saytının xəbərinə görə, A.Abbasov bildirib ki, Rusiya və Azərbayacana qarşı son aylar aparılan “yalan kampaniyası" onu münasibət bildirməyə vadar edib.

“Mən istəyirəm ki, Azərbaycanın bəzi siyasətçi, politolq, ekspert və jurnalistlərinin hər biri tarixi vətənlərindən uzada yaşayan soydaşlarımız qarşısında məsuliyyətini dərk etsin. Azərbaycandan müxtəlif səbəblərdən gedən və Rusiyada məskunlaşan soydaşalrımızın taleyi ilə oynamqdan əl çəkin! Bu qarşıdumra kimə lazımdır? Başa düşürsünzmü ki, sizin bu çirkin və düşmənçilik iyi verən kampaniyanız nəticəsində soydaşlarımızı hansı tale gözləyir?

Bunu bilin ki, Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti burada  normal həyat sürür və ikinci vətənə çevrilimiş Rusiyanın onlar üçün yaratdığı bütün şəraitdən razıdırlar. Onlar Azərbaycanda siyasi situasiyanı gərginləşdirməyə gətirib çıxaracaq hansısa qovğalarda iştirakçı olmaq istəmirlər. Məgər sizin seçki mübarizəsində aparmaq üçün başqa vasitəniz yoxdur? İstəyirsiniz Rusiyada da azərbaycanlılar sizin “cəhdləriniz” sayəsində öz hüquqlarını itirsinlər? Onlardan əl çəkin!  Rusiyanın axı sizin daxili işlərinizə nə dəxli var? Daha səmərəli işlər görməyə çalışın. Buna nə qədər dözmək olar?"

“Onlar Rusiyanın timsalında özlərinə düşmən uydurublar”

A.Abbasov bəyanatına belə davam edib: “Mən həmvətənlərimə səslənirəm. Əziz qardaş və bacılar! Biz bu psevdovətənpərvlərə öz sözmüzü deməliyik. Onlara taleyimizlə oynamağa imkan verməməliyik. Korrupsiya və işsizlik kimi kəskin sosial problemləri həll etmək, keyfiyyətli tibbi və təhsli imkanı yaratmaq əvəzinə onlar Rusiyanın timsalında özlərinə düşmən uydurublar. Onlar qəsdən Azərbaycandakı siyasi və ictimai stabilliyi pozmaq üçün bunu edirlər. Bu ağlagəlməz nəticələrə və xaosa gətirib çıxaracaq və iki qardaş xalqı bir birinə düşmən edə bilər.
Biz Rusiyada yaşayan azərbaycanlılar buna ciddi etiraz edirik.  Biz qətiyyətlə KİV-lərdə yayılan təxribatçı və yalan informasiyalara öz etirazmızı bildiririk. Bəyan edirik ki, Rusiyaya qarşı atılan bu çirkin kampaniya rus torpağında yaşayan azərbaycanlılar tərəfindən dəstəklənməyəcək".

“Bizə Azərbaycan KİV-lərində misli görünməmiş yalan və böhtan kampaniyası aparılır”

A.Abbasov deyib ki, son zamanlar Rusiya Azərbaycan Təşkilatları İttifaqı  (RATİ) və “Azerros” ideoloji və informasiya təqziyi altına düşüb.

"Bu təşkilatların liderlərinə qarşı Azərbaycan KİV-lərində misli görünməmiş yalan və böhtan kampaniyası aparılır. Bunun arxasında kimin durduğu bizə məlumdur. Onların adlarını Azərbaycan və Rusiyada da bilirlər. Biz bilirik ki, bu prosesi kim idarə edir və kim maliyyələşdirir. Nəzarət etdikləri KİV-lər vasitəsi ilə onlar yalan informasiya, açıq böhtan yaymaqla azərbaycanlı icmalarının bu liderlərini diskreditə etməklə diaspor arasında bölünmə salmaq istəyirlər”.

A.Abbasov bəyanatı “Rusiyada yaşayan bütün soydaşlarımızın adından” və “Azərros” Rusiya Azərbaycanlılarının Mədəni Muxtariyyətinin Ağsaqqalar Şurasının rəhbəri adından imzalayıb.

Sonda  “Mən xalqın birləməsini arzu edirəm!” –deyə o, qeyd edib.

Xatırladaq ki, Abbas Abbasov "Milyarderlər İttifaqı" kimi tanın Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) rəhbərliyində təmsil olunur. O, eyni zamanda Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”un) Ağsaqqallar Şurasının sədridir.

X.SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı