Modern.az

Ziya Məmmədov deputatların qaldırdığı problemi nəhayət həll edib

Ziya Məmmədov deputatların qaldırdığı problemi nəhayət həll edib

Ölkə

12 İyun 2013, 16:07

Yolu Heydər Əliyev adına Beynəlxalq Hava Limanından düşənlər hər zaman ictimai nəqliyyat problemi yaşayırlar. Belə ki, həmin istiqamət üzrə avtobus marşrutlarının olmamağı nəticəsində sərnişinlər taksilərə müraciət etməli olurlar. Bu isə onlara baha başa gəlir. Zaman-zaman millət vəkilləri də həmin istiqamətdə ictimai nəqliyyat kimi avtobusların işləmədiyini problem kimi gündəmə gətiriblər.
Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev isə hətta bir dəfə nəqliyyat naziri Ziya Məmmədovu bu problemin həllinə çağırmışdı.

Əvvəllər “Koroğlu” metrostansiyasından (keçmiş adı “Əzizbəyov”) Heydər Əliyev adına Beynəlxalq Hava Limanına avtobuslar işləyirdisə də, sonradan həmin avtobuslar da xətdən çıxarıldı. Son vaxtlar xaricə getmək istəyənlər hava limanına yollanmaq üçün mütləq taksidən istifadə etməyə məcbur olurlar. Çünki həmin marşrut üzrə işləyən avtobuslar xətdən çıxarılandan sonra çoxları xətdə yenidən avtobusların buraxılmasında xəbərsiz qalıb.

Nəqliyyat Nazirliyi uzun müddətdir şəhər sakinləri üçün problem olan məsələni nəhayət həll edib.  

Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov isə Modern.az saytına deyib ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanına metronun “28 May” stansiyasının yaxınlığından (Aviakassanın yanından) avtobuslar işləyir. Onun sözlərinə görə, həmin marşrut üzrə 4 avtobus hərəkət edir.

”Metronun “28 may” stansiyasının yaxınlığından - Aviakassanın yanından hava limanı istiqamətində 6 nömrəli avtobus marşrutu işləyir. Avtobuslar arası interval isə yarım saatdır. Yəni hər yarım saatdan bir avtobuslar xəttə buraxılır”, – deyə Namiq Həsənov bildirib.

Gültəkin ƏLƏSGƏR     

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı