
Suriyada son əməliyyatlar zamanı Bəşər Əsəd hökumətinə qarşı müharibədə üsyançıların tərəfində vuruşan 21 azərbaycanlı döyüşçünün öldürüldüyü bildirilir. Modern.az saytı xəbər verir ki, bu barədə Livanın "Əl-Mənar" telekanalı məlumat yayıb. Televiziyanın yaydığı məlumatda öldürülən döyüşçülərin siyahısı və gəldikləri ölkələrin adları da açıqlanıb.
Həlak olanların əksəriyyəti Quseyrdə gedən döyüşlərdə və son təşkil olunan əməliyyatlarda öldürülüblər.
Siyahıya əsasən, öldürülən döyüşçülərin arasında 167 türk vətəndaşı da var.
Modern.az mövzunu davam etdirəcək.
Aqşin Kərimov