Modern.az

"Prezidentlərin bəyanatı göstərdi ki, Minsk Qrupunun Qarabağ məsələsində yeniliyi yoxdur"

"Prezidentlərin bəyanatı göstərdi ki, Minsk Qrupunun Qarabağ məsələsində yeniliyi yoxdur"

Ölkə

18 İyun 2013, 22:21

 


Bu gün “Böyük səkkizlər”in zirvə toplantısında iştirak edən ABŞ, Fransa və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat qəbul ediblər.

AVRONEST-in Enerji Komitəsinin həmsədri, millət vəkili Fuad Muradov Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını öz üzərinə götürən həmsədr ölkə prezidentlərinin verdiyi bəyanata münasibət bildirib.

Milli Məclis üzvü Modern.az-a açıqlamasında deyib ki, Amerika, Rusiya və Fransa prezidentlərinin son bəyanatı onu göstərdi ki, Qarabağ məsələsində onların yeni yanaşması yoxdur.

“Bu bəyanat bir daha sübut etdi ki, bu ölkələr Qarabağ məsələsinin həllində maraqlı görünmürlər. Qarbağın həllini beynəlxalq səviyyədə öz üzərinə götürən ATƏT-in Minsk Qrupu problemin həllinə dair heç bir variant tapa bilməyib. Bundan təəssüf hissi keçirirəm”.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı