
Milli Şuranın bu gün keçirilən ilk sessiyasında təşkilatın strukturunun müəyyən edilməsi istiqamətində gərgin müzakirələr aparılıb. Modern.az-ın məlumatına görə, sessiyada Milli Şuranın komissiya və komitələrinin ilkin siyahıları hazırlanaraq təqdim edilib.
1. İqtisadiyyat komissiyası - Qubad İbadoğlu
2. Sosial Siyasət komissiyası - Eldar Əliyev
3. Din və Milli azlıqlarla iş üzrə komissiyası - Eldəniz Quliyev
4. Hüquq komissiyası - Vidadi Mirkamal
5. KİV-lə əlaqə və informasiya komissiyası - Rahim Hacıyev
6. İctimai əlaqələr komissiyası - Mehman Əliyev
7. Beynəlxalq əlaqələr komissiyası - Gültəkin Hacıbəyli
8. Elm və təhsil komissiyası - K.V. Nərimanoğlu
9. Mədəniyyət komissiyası - Rövşən Almuradlı
10. Konstitusiya islahatları komissiyası - Qulamhüseyn Əlibəyli
11. Seçki məsələləri üzrə komissiyası - Gülağa Aslanlı
12. Kütləvi tədbirlər (mitinq) komitəsi - AXCP, Müsavat
13. Ehtiyatda olan hərbçilər və hərbçilərin sosial müdafiəsi komissiyası - Yaşar Cəfərli
14. Ekologiya komissiyası - İlham Murtuzayev
15. Yerli özünü idarəetmə komissiyası - Bəybala Əbil
16. Etika komissiyası - Nürəddin Mustafayev
17. Keçid dövrü və vahid namizədin öhdəlikləri haqqında snədin hazırlanması üzrə işçi qrupu -
Ənnağa Hacıbəyli
Milli Şuranın üzvü Cəmil Həsənli bu siyahıya etiraz edib.
“Bu qədər komissiya ilə işləmək olmaz. Buna əlavə vaxt lazımdı. Komissiyaları birləşdirmək lazımdır. Milli Şuranı bu qədər komissiya ilə yükləmək olmaz".
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı də öz etirazıçı bildirib. “Kütləvi təlimlər komitəsində yalnız AXCP-Müsavat olmalı deyil”.
Milli Şura üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli komissiyların hazırlanmasına iradını bildirib:
"Bu qədər komissiyanın olmasına ehtiyac yoxdu. 5-6 komissiya olmaqla biz işimizə davam edə bilərik. Fəaliyyətimizi uğurlu qura bilərik. Gender bərabərliyi bu siyahıda pozulur. Gender bərabərliyinə diqqət yetirilməlidir. Digər xanımlar da bu siyahıda təmsil olunmalıdır. Çünki komissiyalarda tək xanım mənəm”.
Qeyd edək ki, bu siyahı hələ təsdiq olunmayıb.
Modern.az