Modern.az

Hacıbala Abutalıbovun “mansard əməliyyatı” - Dövlət Komitəsindən AÇIQLAMA

Hacıbala Abutalıbovun “mansard əməliyyatı” - Dövlət Komitəsindən AÇIQLAMA

Ölkə

22 İyun 2013, 10:47

Son illər Bakı şəhər İcra Hakimiyyəti paytaxtdakı bəzi yaşayış binalarında  yenidənqurma, təmir-bərpa işləri aparır. Bu işlər həyata keçirilərkən bəzi binaların üst qatında dəyişiklik edilir, əlavə tikinti işləri görülməklə ya bir mərtəbə ya da mansard artırılıb. Amma həmin binalara əlavə edilən yeni mansardların kimin balansında olduğu, istifadə üçün kimə verildiyi məlum deyil.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev Modern.az-a bildirib ki, həmin binalardakı əlavə mansardların tikintisini kim sifariş edibsə, həmin orqanın mülkiyyətinə verilir.
“Həmin mənzillər istismar idarələrinin balansındadır. Binalardakı ayrı-ayrı mənzillər də kiminsə mülkiyyətindədir. Mansardların tikintisini kim sifariş edibsə, həmin orqanın mülkiyyətinə verilir. Əgər bunu Bakı şəhər İcra Hakimiyyəti sifariş veribsə, artırılan təbəqə meriyanın sərəncamındadır”.    
Cahangir Qocayevin dediyinə istinad etsək, deməli binaların yenidənqurma, təmir-bərpasını sifariş verən Bakı şəhər İcra Hakimiyyətidirsə, sözügedən yeni tikililərə də bu qurum sahiblənib. Bəs meriya təmir olunan yaşayış binalarında artırılmış yeni mərtəbələr və mansardları necə istifadə edir? Hələlik Bakı şəhər İcra Hakimiyyətindən bu suala cavab ala bilmədik...

 

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı