Modern.az

Bir şəklin tarixçəsi: “Uşaqlığın son yayı”: Ramil Usubov və Şirin Mirzəyev

Bir şəklin tarixçəsi: “Uşaqlığın son yayı”: Ramil Usubov və Şirin Mirzəyev

Ölkə

22 İyun 2013, 11:10

Uşaqlıq arzuları tükənməzdi. Böyük ümidlərin qanadlarında uçan uşaqlıq illəri həyatın sərt üzünə endikdə çox şey mahiyyətini dəyişir. Böyüdükdən sonra uşaqlıq illəri ilə bağlı bütün xatirələr əziz və şirinliyini saxlayır, saralmış fotolar isə onu kövrəldir.

Modern.az saytının Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu unikal fotoşəkildə əks olunduğu kimi...

Təqdim etdiyimiz bu şəkil uzaq 60-cı illərdə Azərbaycanın Qarabağ bölgəsinin mərkəzi Xankəndi şəhərində çəkilib. Fotokameraya bir az iddialı, bir qədər romanitk baxışlarla baxan bu üç yeniyetmə dost üçün ömür hələ qabaqdadı. Taleyin onlara hansı qisməti bəxş edəcəyini bilmirlər. Hələ ki, bu 3 dost İncəsənət İnstitutuna daxil olub aktyor olmaq arzusundadır... Şekspir deyirdi ki “həyat tamaşıdır, biz aktyorlar…”.   

Bu dostlar sonralar çox məşhurlaşacaqlar… Biri illər sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olacaq, “Milli Qəhrəman” adına layiq görüləcək, digəri isə nazir kürsüsündə əyləşən dövlət adamı olacaqdı...

Solda Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev, sağda daxili işlər naziri Ramil Usubov. Ortadakı yeniyetmə isə onların dostu Rafael Teymurovdur.   

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı