Modern.az

Milli Şura rəhbərliyinin ABŞ səfərinin vaxtı açıqlandı - Konqresdə görüşlər keçiriləcək

Milli Şura rəhbərliyinin ABŞ səfərinin vaxtı açıqlandı - Konqresdə görüşlər keçiriləcək

Ölkə

24 İyun 2013, 11:34

Milli Şurada təmsil olunan müxalifət liderlərinin ABŞ səfərinin vaxtı açıqlanıb. Bu barədə Modern.az saytına məlumat verən Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev Amerika səfərinin iyulun 10-a planlaşdırıldığını bildirib.

Z.Quliyevin sözlərinə görə, müxalifət liderləri Birləşmiş Ştatlara səfər çərçivəsində Konqresdə görüşlər keçirəcəklər.

“ABŞ səfərinin vaxtı təxminən iyulun 10-a planlaşdırılır. Səfərdə Milli Şura sədri Rüstəm İbrahimbəyov və Milli Şurada təmsil olunan partiya rəhbərləri iştirak edəcəklər. Səfər ABŞ tərəfinin dəvəti ilə baş tutacaq. Orada Konqresdə görüşlər keçiriləcək”-deyə Milli Şura üzvü vurğulayıb.

Qeyd edək ki, Milli Şura üzvlərinin ABŞ-a planlaşdırılan səfərində Milli Şura sədri Rüstəm İbrahimbəyov, Müsavat başqanı İsa Qəmbər, KXCP sədri Mirmahmud Mirəlioğlu, ACP sədri Sülhəddin Əkbər, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov və sabiq spiker ACP lideri Rəsul Quliyevin iştirak edəcəyi gözlənilir.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı