Modern.az

Təhsil Nazirliyindən əhaliyə xəbərdarlıq

Təhsil Nazirliyindən əhaliyə xəbərdarlıq

Ölkə

27 İyun 2013, 10:38

Son vaxtlar Rusiya və Ukraynanın ali məktəblərinə tələbə göndərmək adı ilə şirkət və firmalar tərəfindən müxtəlif elanlar verilir. Belə qurumlar Azərbaycanda rəsmi qeydiyyatdan keçdiyini və qanuni tələbə mübadiləsilə məşğul olduğunu bəyan etməklə xaricə oxumaq istəyənləri cəlb etməyə çalışır.
Maraqlıdır, Təhsil Nazirliyi bu şirkətlər vasitəsilə imtahan vermədən yalnız attestatla xarici ali məktəblərə qəbul olanların diplomlarını tanıyacaqmı? Əgər bu şirkətlər qanunsuz fəaliyyət göstərirsə, nazirlik belə halların qarşısını almaq üçün hansı tədbirlərə əl atacaq?

Modern.az-ın məlumatına görə, Təhsil Nazirliyi məsələyə münasibət bildirib. Nazirlik bəyan edib ki, xarici ölkələrə tələbə qəbulunu həyata keçirən şirkətlər Təhsil Nazirliyində akkreditasiyadan keçmirlər. Bu tip şirkətlərin Təhsil Nazirliyinin adından istifadə etmələri onların qanun qarşısında məsuliyyətini yaradır və nazirlik bu halda müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq hüququna malikdir. 

“Rusiya və Ukraynada ali təhsil almış Azərbaycan vətəndaşlarının ali təhsil haqqında sənədlərinin tanınması məsələsinə gəlincə, əgər tələbə təhsil aldığı ölkənin qanunları çərçivəsində ali məktəbə qəbul olunubsa və ali təhsil müəssisəsi həmin ölkə tərəfindən tanınırsa, o zaman müraciət edən şəxsin ali təhsil haqda sənədləri müvafiq qaydada nostrifikasiya prosedurları keçdikdən sonra ölkə ərazisində tanınacaq”-deyə nazirlik bildirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı