Modern.az

Milli Şuradan iqtidara ÇAĞIRIŞ: “Hakimiyyətlə dialoqa hazırıq”

Milli Şuradan iqtidara ÇAĞIRIŞ: “Hakimiyyətlə dialoqa hazırıq”

Ölkə

27 İyun 2013, 12:35



“Demokratik düşərgə, o cümlədən Milli Şura hakimiyyətlə həmişə dialoqa hazırdır”. Bunu Modern.az-a açıqlamasında “El” Hərəkatının Ali Məclisinin sədri, Milli Şura üzvü Eldəniz Quliyev iqtidarla yeni yaranmış birlik arasında dialoqun perspektivini şərh edərkən deyib. O qeyd edib ki, danışıqlar yüksək səviyyədə aparılmalıdır.

“Dialoq hakimiyyətin yüksək vəzifəli məmurları və prezidentin iştirakı ilə olmalıdır”-deyə o, vurğulayıb.  Onun sözlərinə görə dialoq və müzakirələr boş, cəfəng bəyanatlar verən YAP funksionerləri səviyyəsində aparılmamalıdır. “El” rəsmisi müzakirələrin mövzusuna da toxunub:

“Heç şübhəsiz ki, Qarabağ münaqişəsi prioritet olmalıdır. Eyni zamanda  avtoritarizmdən demokratiyaya keçid, şəffaf və ədalətli seçkiləri  keçirilməsi də müzakirə olunmalıdır”-deyə E.Quliyev bildirib.

Aqşin KƏRİMOV  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı