Modern.az

İlhamə Quliyeva Aygün Kazımovanı məhkəməyə verir: “Cavab verəcəksən!” - QALMAQAL

İlhamə Quliyeva Aygün Kazımovanı məhkəməyə verir: “Cavab verəcəksən!” - QALMAQAL

Ölkə

27 İyun 2013, 14:57

Xalq artisti İlhamə Quliyeva Aygün Kazımovanın onun barəsində dediyi ittihamlara cavab verib. Modern.az bildirir ki, xalq artistinin mətbuat xidmətinin açıqlamasında İ.Quliyevanın mövqeyi bildirilib.

İlhamə Quliyeva Aygün Kazımovanın açıqlaması ilə bağlı bunları deyib: “Bu addımı Aygündən gözləmək olardı. Çünki, birinci dəfə deyil ki, bu sənətçi düşünmədən ağlına gələni danışır. Hər kəs öz səviyyəsini göstərir. Hər kəs bilir ki, Aygün Kazımova sənətindən çox qalmaqalları ilə gündəmdə qalıb. Özündən böyükdür, kiçikdir deməyib, xalqın sevgisini qazanan həmkarlarına söz atıb. Onu bu addımları atmağa həm içində öldürə bilmədiyi paxıllıq hissi, həm də gündəmdə qalmaq istəyi vadar edib. Azərbaycan sənətçisi adına ləkə gətirdiyimi deyən Aygün, ola bilər ki, sənin yaddaşında problemlər var, amma mən və hər kəs çox yaxşı xatırlayırıq ki, sən necə sənətə gəlmisən. Nə tez unutdun açıq-saçıq çəkdirdiyin şəkilləri, nə tez unutdun əsgərlərin qarşısında qısa paltarda rəqs elədiyini... Bu siyahını davam etdirmək nə sənin xeyrinə olar, nə də mənim statusuma və tərbiyəmə yaraşar”.  

İ.Quliyeva daha sonra qeyd edib ki, A. Kazımova dəfələlə bağışlanması üçün onun yanına vasitəçilərini gndərib:

“Unutma ki, dəfələrlə həddini aşdığın məqamlarla bağlı çox insanlara yalvarmısan. Onların vasitəsi ilə ayağıma gəlib, məndən üzr istəmisən. Bilirəm ki, həmişəki kimi depressiyadasan. Sənin şəxsi həyatında və sənətində itərəcəyin heç bir şey qalmayıb. Özünə gələndən sonra başa düşərsən ki, nə boyda müşkülə düşmüsən. Səni dəfələrlə bağışlamışam. Bu dəfəki hərəkətin isə bağışlanmazdır. Gördüyün kimi, mən sənə elə xanım kimi cavab verdim. Sən isə hüquq-mühafizə orqanları qarşısında cavab verəcəksən. Sən mənə yox, mənim “Şöhrət” ordenimə, Dünya Sülh Səfiri tituluma sataşmısan. Bunların da cəzası sənin üçün ağır olacaq. Allah köməyin olsun!”-deyə sonda İquliyeva bildirib.  

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı