Modern.az

Elçibəyin qızı Türkiyədən Azərbaycana qayıtdı - FOTOLAR

Elçibəyin qızı Türkiyədən Azərbaycana qayıtdı - FOTOLAR

Ölkə

27 İyun 2013, 18:25

Eks-prezident Əbülfəz Elçibəyin qızı Çilənay Əliyeva atasının 75 illik yubleyi ilə əlaqadar  keçirilən tədbirlərdə iştirak edib. Modern.az saytı bildirir ki, bununla əlaqadar Çilənay Əliyeva həyat yoldaşı Aqil Səmədbəyli və iki övladı ilə birgə Türkiyədən Azərbaycana gəlib. O, Naxçıvanda, Ordubad rayonunun Kələki kəndində keçirilən yubiley tədbirinə qatılıb.

Çilənay Əliyeva Bütöv Azərbaycan Birliyinin təsisçilərindən olan Aqil Səmədbəylinin həyat yoldaşıdır. 1999-cu ildə evlənən gənclərin toyunda ölkə siyasi elitası iştirak edib. Ç.Əliyeva ali təhsillidir. Azərbaycan Dövlət Dillər Universitetinin məzunudur. Ə. Elçibəyin qızı KİV-də çox nadir hallarda çıxış edir. O, ailəsilə birgə ötən ilin ortalarında Türkiyəyə köçüb. Ailə bu addımı  eks-prezidentin kürəkəni A.Səmədbəylinin Türkiyədə işləməsilə əlaqədar atıb.(foto teleqraf.com-a məxsusdur)





Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı