Təhsil Nazirliyi bu gündən 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində vakanat müəllim yerlərinə işə qəbul üçün növbəti müsabiqəyə başlayıb.
Modern.az Təhsil Nazirliyinə istinadən bildirir ki, iş axtaranlardan elektron ərazilərin qəbulu nazirliyin saytındakı "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsinə daxil olmaqla həyata keçiriləcək.
Elektron ərizələrin qəbulu iyulun 15-dək aparılacaq.
Bu il ümumtəhsil məktəblərində 3286 vakant müəllim yerinə işə qəbul həyata keçiriləcək. Onların 2793-ü rayonlardakı orta məktəblərdə, 493-ü Bakı məktəblərində yerləşir.
Aytən Əliyeva