Qısqanclıq – özünü qısmaq, özündəki yadlığa qısılmaqdır.
***
Qısqanclıq – özünə qapılmaqdır, öz içində özgəlik asılılığına düşməkdir.
***
Qısqanclıq – özündəkini qısmaqdır, qısırqanmaqdır.
***
Qısqanılan – inanılmayandır, onu asılılıqda saxlamaqdır.
***
Başqasına inanmamaq – inam qısqanclığıdır.
***
Başqasının idrakına inanmamaq – idrak qısqanclığıdır.
***
Başqasının mənəviyyatına inanmamaq – mənəvi qısqanclıqdır.
***
Başqasını iradə asılılığına salmaq – iradə qısqanclığıdır.
***
Ədalətsizlik – ədaləti başqasına qısqanmaqdır.
***
Qısqanclıq – yadlıqdır, yağılıqdır, paxıllıqdır.
***
Dünyaya inanmamaq – dünyaya qısqanc yanaşmaqdır.
***
Həyata inanmamaq – həyata qısqanc yanaşmaqdır.
***
İnsana inanmamaq – insana qısqanc yanaşmaqdır.
***
Özgəlik, inamsızlıq olan bütün çevrə və ortamlarda qısqanclıq var.
***
Mənəvi çirkinlik törətmək – özündəki mənəvi gözəllik imkanını qısmaqdır.
***
Qorxaqlıq – özündəki qorxmazlıq imkanını qısmaqdır.
***
Yalançılıq – özündəki həqiqət imkanını qısmaqdır.
***
Qısqanclıq – düşünülmüş pislikdir, başqasına umacaqlı yanaşmadır.
***
Qısqanclığı yaşadan – adamlıq halıdır.
***
İnsanlaşan – qısqanclıqdan qurtulandır.