Modern.az

Bazarda qiymət vulkanı: “Təqsir işbazlardadır” - Kənd Təsərrüfatı Nazirliyi

Bazarda qiymət vulkanı: “Təqsir işbazlardadır” - Kənd Təsərrüfatı Nazirliyi

Ölkə

5 İyul 2013, 09:59


Yayın ikinci ayı olmasına baxmayaraq, meyvə-tərəvəzin qiymətində uzuclaşma baş vermir. Bu gün bazara gedən hər kəs deyə bilər ki, mövsümi bostan məhsulları, eləcə də meyvənin qiymətləri od tutub yanır.

Modern.az mövsümi bitkilərin qiymət bahalığının səbəbini Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyevdən soruşub. Nazirlik rəsmisi bildirib ki, bazardakı bahalıq işbazların fəaliyyəti bağlıdır.

“Bu il məhsul boldur. Amma bazarda bir dənə də olsun fermer olmadığından qiymətlər bahadır. Çünki bütün bazarlar işbazların əlindədir. Onlar da məhsulu fermerdən ucuz qiymətə alsalar da baha satırlar”.

S.Vəliyev deyir ki, istehsalçı məhsulunu daşıması üçün nəqliyyat tapa bilmir, onu özü bazara çıxarmaqda çətinlik çəkir, nəticədə qiymətlər belə yüksək olur.
”Qiymətlərin 5-6 dəfə aşağı düşməsi üçün ayrıca tədarük-satış məntəqələri yaradılmalıdır”-deyə  söyləyən Sabir Vəliyev onu da bildirib ki, bunun üçün dəfələrlə təklif irəli sürülüb.

“İstehsalçı məhsulunu başlı-başına buraxıb bazarda satış edə bilmir. Ona görə də ayrıca tədarük satış məntəqələri yaradılmalıdır. Həmin məntəqələr yaradılarsa, məhsul yerindəcə alınar və satışa çıxarılanda da bu qədər baha olmaz. Ümumiyyətlə bazarlar yığışdırılmalıdır. Dünyanın heç bir yerində bazar anlayışı qalmayıb. Çünki keçmişdən qalma “kolxoz” bazarları bazarkomun maraqları ilə işləyən bir yerdir”.  

Gültəkin ƏLƏSGƏR  
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı