Modern.az

Rəsul Quliyev: “Azərbaycan xalqının ölkədə seçki keçiriləcəyindən xəbəri yoxdur”

Rəsul Quliyev: “Azərbaycan xalqının ölkədə seçki keçiriləcəyindən xəbəri yoxdur”

Ölkə

9 İyul 2013, 10:54

“Prezident seçkisinə 3 ay qalsa da, Azərbaycanda ağlasığmaz sükunət hökm sürür”. Modern.az saytının xəbərinə görə, bu sözləri Milli Məclisin keçmiş sədri Rəsul Quliyev Azərbaycandakı ictimai-siyasi vəziyyətlə bağlı danışarkən bildirib. Eks-spikerin sözlərinə görə, ətraf ölkələrdə aparılmış seçki kampaniyalarını xatırlasaq, müqayisəedilməz sükutun şahidi oluruq.

“Bir-iki il əvvəl Rusiyada, Moldovada, Belorusda keçirilmiş seçkiləri xatırlayın. Azərbaycanda prezident seçkisinin keçiriləcəyindən xalqın xəbəri yoxdur. Vizual olaraq bu, belə görünür. Bu vəziyyət təəssüf yaradır”-deyə R.Quliyev vurğulayıb.

Qonşu İranla müqayisə aparan R.Quliyev bildirib ki, orada belə seçkilərdə bu cür sukut müşahidə edilməyib. “İranda əsl prezident seçkiləri keçirildi”.

Eks-spiker prosesi təhlil edərək bildirib ki, “avtoritar sistemlərdə hadisələr qəfildən və qısa müdətdə cərəyan edir”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı