Modern.az

Toğrul Nərimanbəyovun dəfnindən yeni FOTOLAR - rəssamın Bakıdakı nəvəsi də mərasimdə iştirak edib

Toğrul Nərimanbəyovun dəfnindən yeni FOTOLAR - rəssamın Bakıdakı nəvəsi də mərasimdə iştirak edib

Ölkə

10 İyul 2013, 11:10

Modern.az saytı bir neçə gün öncə Parisdəki Passi qəbiristanlığında dəfn edilən dünya şöhrətli azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun dəfnindən yeni şəkillər əldə edib.
Şəkilləri saytımıza dəfn mərasimində iştirak etmiş diplomat, ictimai xadim, uzun illər Azərbaycanın YUNESKO-dakı təmsilçisi olmuş Ramiz Abutalıbov təqdim edib.

İyunun 2-də 83 yaşında vəfat etmiş Toğrul Nərimanbəyov düz bir ay sonra iyulun 3-də torpağa tapşırıldı. Mərhumun belə gec dəfn olunmasına səbəb rəssamın ikinci həyat yoldaşı Sevil Nərimanbəyova ilə onun birinci evlilikdən olan qızı Əsmər Nərimanbəyova arasındakı mübahisə idi. Sevil xanım onun Fransada dəfn edilməsini istəyirdi, Əsmər Nərimanbəyova buna qarşı çıxaraq rəssamın Bakıda torpağa tapşırılmasına çalışırdı. Atasının Azərbaycanda dəfn olunmasını tələb edən Ə.Nərimanbəyova Fransa məhkəməsində bununla bağlı iddia qaldırmışdı. Lakin məhkəmə mərhumun Fransada dəfn olunması barədə qərar çıxardı. Qərardan verilən apellyasiya şikayəti də təmin olunmadı.

Ramiz Abutalıbovun Modern.az-a bildirdiyinə görə, Toğrul Nərimanbəyovun dəfnində ailədən rəssamın ikinci həyat yoldaşı Sevil xanım, bu evlilikdən olan 11 yaşlı oğlu Fransua, birinci həyat yoldaşından olan qızı Əsmər xanım və nəvəsi – Əsmər xanımın oğlu iştirak edib.
Mərasimdə eyni zamanda Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və səfirliyin işçiləri, Bakıdan getmiş rəsmilər - mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.







Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı