Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı təqdimatları “Oxşarlar" layihəsində davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında da oxşarlar az deyil.
Azərbaycanın sabiq iqtisadi inkişaf naziri, hazırda həbsxanada cəza çəkən Fərhad Əliyevi ictimai-siyasi prosesləri az-çox izləyənlərin hamısı tanıyır. Vaxtilə hökumətin bərkgedən nazirlərindən olmuş Fərhad müəllimin ulduzu 2005-ci ildə söndü. Həmin il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilən F.Əliyev əvvəlcə dövlət çevrilişinə cəhddə ittiham olundu. Amma 2007-ci il martın 5-də bu ittihamı başqa icraatda birləşdirərək, cinayət işindən ayırdılar və sabiq nazirə dövlət əmlakını mənimsəmə ittihamı irəli sürüldü. 2007-ci ildə məhkəmənin qərarı ilə F.Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Biz bu dəfə onun oxşarını təqdim edirik. Baxıb, onların bənzərliklərini müqayisə edə bilərsiniz. Fərhad Əliyevin Azərbaycandakı oxşarı incəsənət sahəsində tanınmış simadır. Söhbət əməkdar artist Ədalət Şükürovdan gedir. Əslən sumqayıtlı olan Ədalət Şükürov müğənnilər arasında ən imkanlı şou-biznes nümayəndələrindən biri sayılır. Vaxtilə Sankt-Peterburqda bizneslə məşğul olmuş Ədalət Azərbaycana qayıdaraq öz pulu hesabına şou-biznesdə parlaya bildi. Estrada stilində ifa etdiyi mahnılarının sözlərini və musiqisini əsasən özü yazır. Bəzi ciddi sənət adamları isə onun ifalarını bəyənmədiklərini və Ə.Şükürovu peşəkar müğənni saymadıqlarını gizlətmirlər.
Diqqətlə baxanda Fərhad Əliyevlə Ədalət Şükürovun xarici görünüşündə, sifət cizgilərində, saş düzümündə müəyyən oxşarlığı görmək mümkündür.
Aşağıdakı şəkilə siz də diqqətlə baxın, necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki…?

A.Qorxmaz
***
Həmçinin oxu:
Azərbaycandakı oxşarlar - I... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30301/1/
Azərbaycandakı oxşarlar II... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30588/1/
Azərbaycandakı oxşarlar III... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30831/1/
Azərbaycandakı oxşarlar IV... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32367/1/
Azərbaycandakı oxşarlar V... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32555/1/
Azərbaycandakı oxşarlar - VI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32674/1/
Azərbaycandakı oxşarlar - VII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32849/1/
Azərbaycandakı oxşarlar - VIII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32930/1/
Azərbaycandakı oxşarlar - IX... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33229/1/
Azərbaycandakı oxşarlar - X... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33500/1/
Azərbaycandakı oxşarlar - XI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33817/1/
Azərbaycandakı oxşarlar - XII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/34101/1/
Azərbaycandakı oxşarlar - XIII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/34390/1/
Azərbaycandakı oxşarlar - XIV... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/35012/1/
Azərbaycandakı oxşarlar - XV... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/35675/1/
Azərbaycandakı oxşarlar - XVI... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/36590/1/
Azərbaycandakı oxşarlar- XVII... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/36950/1/
Azərbaycandakı oxşarlar - XVIII... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/37279/1/
Azərbaycandakı oxşarlar - XIX... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/37493/1/
Azərbaycandakı oxşarlar - XX... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/38252/1/
Hitlerin azərbaycanlı oxşarı XXİ… FOTO
//modern.az/articles/38486/1/
Azərbaycandakı oxşarlar - XXII... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/39233/1
Azərbaycandakı oxşarlar - XXIII... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/40476/1/
Azərbaycandakı oxşarlar - XXIV... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/40655/1/
Azərbaycandakı oxşarlar - XXIV... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/41218/1/