Modern.az

Rəsul Quliyev: “Azərbaycan hakimiyyəti Milli Şura ilə bağlı Putinə zəng edib”

Rəsul Quliyev: “Azərbaycan hakimiyyəti Milli Şura ilə bağlı Putinə zəng edib”

Ölkə

12 İyul 2013, 10:45

Milli Məclisin mühacirətdə olan eks-spikeri Rəsul Quliyev Milli Şura ilə bağlı yeni mesajlar verib. Modern.az-ın məlumatına görə, sabiq spiker üzvü olduğu Milli Şuranın fəaliyyətinə dair hakimiyyət nümayəndələrinin səsləndirdiyi ittihamlara cavab verib.
Öncə Milli Şuranın Rusiyanın layihəsi olması haqda deyilən fikirlərə toxunan R.Quliyevin sözlərinə görə, hakimiyyətə yaxın şəxslər Putinə Milli Şuranı pisləyiblər. 

“Azərbaycan qəribə bir ölkədir, bizim ölkədə qəribə insanlar yaşayır. Milli Şuranın Rusiyanın proyekti olduğunu iddia edən hakimiyyət rəsmiləri öz məramnaməsini Rusiyaya çoxdan göndərib. Putinə zəng edə bilməsələr də, ətrafında olan insanlara zəng edib bildiriblər, Milli Şura Rusiyanın əleyhinə yaradılıb. Deyiblər ki, bu qurumu Amerika və Qərb yaradıb. Rusiyaya bizi pisləyirlər ki, bunlar hakimiyyətə gəlsələr Qərb ölkələrinə tərəf gedəcəklər”-deyə qeyd edən R.Quliyev eks-prezident Ayaz Mütəllibova da söz atıb.

R.Quliyevin fikrincə, Milli Şura Rusiya proyekti olsaydı, böyük ehtimalla Ayaz Mütəllibov da onun sıralarında olardı və prezidentliyə gətirilərdi. “Rusiyanın proyekti olan Mütəllibov 18 il Moskvada oturdu. Milli Şura Rusiya layihəsi olsaydı,  Mütəllibovu gətirib Azərbaycan prezidenti qoyardıq. Bunu eləsəydik, Azərbaycan Rusiyanın quberniyası olardı”.

Anar RÜSTƏMOV  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı