Modern.az

“Deməsinlər ki, kənd qızları 700 bal yığa bilməz” - FOTOLAR

“Deməsinlər ki, kənd qızları 700 bal yığa bilməz” -  FOTOLAR

Ölkə

17 İyul 2013, 13:52

Nərmin Murğuzova: “Bu, 11 illik zəhmətimin bəhrəsidir”

Modern.az III ixtisas qrupu üzrə 700 bal toplamış 4 abituriyentdən daha birini - Nərmin Murğuzovanı təqdim edir.  

Murğuzova Nərmin Sahib qızı Tovuz rayonu, Bozalqanlı kəndindəki Y.Sadıqov adına orta məktəbi bitirib. 700 bal toplamış N. Murğuzova bu nəticəni əldə etməkdə valideynlərinin, qohumlarının, müəllimlərinin mənəvi köməyinin böyük rolu olduğunu qeyd edib.

“Özüm də buna inanırdım və əldə etdim” - deyə o, Modern.az-a bildirib.

Bölgələrdə, xüsusilə kənd məktəblərində təhsilin aşağı olması fikri ilə razılaşmayan Nərmin vurğulayıb ki, insan harada olmasından asılı olmayaraq qarşısına məqsəd qoyubsa, buna nail olacaq.
“Məktəbimizdən də razıyam. Kənd məktəbi olsa da çox sağ olsunlar hər bir şərait yaradıblar. Heç kim deməsin ki, kənd məktəbidir yaxşı nəticə əldə edə bilməz, yaxşı bal toplaya bilməz. Bunun üçün çalışmaq lazımdır.".

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva da  Nərmin Murğuzovanı evində təbrik edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı