Modern.az

Müsavat: “Hələ ki vahid namizədimiz Rüstəm İbrahimbəyovdur” - MÖVQE

Müsavat: “Hələ ki vahid namizədimiz Rüstəm İbrahimbəyovdur” - MÖVQE

Ölkə

23 İyul 2013, 13:28

“Hələ ki, vahid namizədimiz Rüstəm İbrahimbəyovdur, amma bütün riskləri nəzərə alaraq Milli Şuranın tərkibində intellektlərdən ibarət olan digər namizədin də irəli sürülməsinin tərəfdarıyıq. Bununla da seçkilərə getməmək söhbətinə birdəfəlik son qoyulmalıdır”. Bunu Modern.az-a açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı deyib.

  Vahid namizədlə bağlı ziddiyyətli məqamlara da aydınlıq gətirən G. Aslanlı qeyd edib ki, hakimiyyətin Rüstəm İbrahimbəyovun qeydiyyatını önləmək cəhdlərini nəzərə alaraq Müsavat Partiyası məsələyə nisbətən fərqli yanaşır.

“Biz Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmaması riskini də nəzərdən qaçırmırıq. Bizim məqsədimiz Milli Şuranın seçkilərdə iştirakını mütləq şəkildə təmin etməkdir. Ona görə də digər namizədin irəli sürülməsi məsələsi gündəmə gəlir. Söhbət Müsavat başqanı İsa Qəmbərin namizədliyindən getmir. Sadəcə olaraq seçkini boykota çəkmək istəyən qüvvələrin qarşısını almaq istəyirik”. Müsavat rəsmisinin sözlərinə görə Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovu partiyanın rayon təşkilatları da dəstəkləyir.  

G. Aslanlı Müsavat Partiyasının qurultayı ilə bağlı yenilik olmadığını bildirib. “Qurultayla bağlı heç bir yenilik yoxdur. Ona görə də qurultayda hansı məsələlərin müzakirə olunması da bəlli deyil və müzakirə olunmayıb”. Başqan müavini bildirib ki, müvafiq yer veriləndən sonra qurultayın gündəliyi müəyyənləşəcək.  

Qeyd edək ki, Müsavat Partiyası dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətindən  qurultay keçirmək üçün yer istəsə də, onlarının müraciəti təmin olunmayıb.  

Aqşin Kərimov   
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı