
Xəbər verildiyi kimi, iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadə Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində ayaqlarından ciddi xəsarət alıb.
Uşağın valideynləri imkanlı adamlara müraciət ünvanlayaraq, İmranın müalicəsinə kömək etməyə çağırıblar.
Modern.az saytının xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin kürəkəni, Moskvada yaşayan tanınmış iş adamı və müğənni Emin Ağalarov ayağının itirən 2 yaşlı İmran Cəfərzadənin müalicə xərclərini öhdəsinə götürüb.
“Krokus Siti” şirkətinin rəhbəri Emin Ağalarov İmran Cəfərzadənin müalicəsinin bütün xərclərini öz üzərinə götürdüyünü özünün Facebook-dakı rəsmi səhifəsində bildirib.
Xatırladaq ki, İmran sol ayağının remplantasiyası üzrə əməliyyat keçirib. Çətin əməliyyat təqribən 7 saat çəkib. Lakin həkimlər əzanın bitişəcəyinə zəmanət verə bilmirlər.
“Uşaq sağ ayağını tamamilə itirib və hələ sol ayağının da bitişəcəyi məlum deyil. Biz Almaniyanın Malburq şəhərindən olan mütəxəssislərlə əlaqə saxladıq və onlar uşağın ayağını xilas edəcəklərinə vəd verdilər. Əməliyyata 50 min avro lazımdı”, - deyə İmranın xalası Əzizə Baxşiyeva dünən bildirib.
Cəfərovların bu əməliyyatın həyata keçirilməsi üçün imkanları yoxdur.
****

Bu arada məlum olub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevayanın təşəbbüsü ilə 2 yaşlı İmran Cəfərzadənin müalicəsi dövlət hesabına aparılacaq. Anspress-in verdiyi xəbərə görə, bu barədə məlumatı körpənin xalası Aygun Muradova-Cəfərova öz Facebook səhifəsində paylaşıb:
"Ailəmiz adından sonsuz təşəkkürlər! Özləri şəxsən İmranın valideynləri ilə əlaqə saxlayıb. Balamızın bütün xərclərini öhdələrinə götürdüklərini bildiriblər".
Məlumata görə, İlham Əliyevin şəxsən göstərişi ilə səhiyyə nazirinin müavini Abbas Vəlibəyov və PA-nın məsul şəxsləri Mərkəzi Kliniki Xəstəxabaya gəliblər.



Modern.az