Modern.az

Bir şəklin tarixçəsi: Heydər Əliyev, hörüklü Qənirə Paşayeva və isti Naxçıvan...

Bir şəklin tarixçəsi: Heydər Əliyev, hörüklü Qənirə Paşayeva və isti Naxçıvan...

Ölkə

25 İyul 2013, 11:41


Mərhum eks-prezident Heydər Əliyev jurnalistlərlə münasibətlərinə həmişə həssas yanaşıb. Modern.az saytının Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil də həmin diqqətin daha bir nümunəsidir.  

Tarix - 14 avqust 2002-ci il, məkan  Naxçıvan... Azərbaycan-Ermənistan sərhədinin Sədərək rayonu ərazisində prezidentlər Heydər Əliyev və Robert Köçəryan arasında təkbətək görüş olacaq...
Bu, Azərbaycan və Ermənistan prezidentləri arasında 1999-cu ildə başlanan təkbətək görüşlərin sayca 21-cisi idi.
Naxçıvan MR Ali Məclisinin önündə çəkilən fotoşəkildə o zamanın gənc jurnalistləri əks olunub.

Soldan sağa – İlhamə Qasımlı ("525-ci qəzet"in müxbiri), Qənirə Paşayeva (ANS TV-nin müxbiri), Aynur Nəsirova  (Lider TV-nin müxbiri), İlkin İzzət (STV Bakı-nın müxbiri) və Tural Müseyibov (Space TV)...  

Hazırda jurnalist İlhamə Qasımlı Türkiyədə yaşayır, Qənirə Paşayeva Milli Məclisin deputatı, Aynur Nəsirova BDU-nun müəllimi, Tural Museyibov isə Fövqəladə Hallar Nazirliyinnin mətbuat xidmətinin rəhbəridir.
Fotonu təqdim edən İlkin İzzət isə “Trend” İnformasiya Agentliyində çalışır.

Modern.az    
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı