”Müsavat Partiyasından mənə yönəlmiş mesajlara son dəfə aydınlıq gətirmək istəyirəm. Birincisi qeyd etmək istəyirəm ki, İsa Qəmbər şəxsiyyətinə fərdi şəkildə heç vaxt nə neqativ, nə də pozitiv münasibətim olub və ətrafındakı partiya funksionerləri ilə müqayisədə kifayət qədər yüksək intllektualının olmasını da şübhə altına almamışam. Bir daha qeyd etmək istəyirəm ki, mən onun apardığı siyasətin düzgün olmadığını və keçdiyi yolun bunu təsdiqlədiyini qeyd etmişəm və yenə faktlarla bunu sübut edə bilərəm”.
Modern.az-ın xəbərinə görə, bunu eks-spiker Rəsul Quliyev son günlər Müsavat funsionerlərilə özü arasıında olan mübahisələrə növbəti dəfə münasibət bildirəkən deyib
R.Quliyevin sözlərinə görə, o, İsa Qəmbərin Milli Şuranın vahid namizədi kimi prezidentliyə namizədliyini irəli sürmək istəməsinə etiraz etmir. Üzünü başqan müavini Gülağa Aslanlıya tutan eks-spiker müxalifəti Putinə məktub yazmağa çağırıb:
"Bilirəm ki, İsa Qəmbər və siz belə bir fikrə düşməmisiniz, çünki Milli Şura istənilən variantda Rüstəm İbrahimbəyov olsa da, olmasa da İsa Qəmbərin vahid namizədliyinə səs verməz, bu müzakirə obyekti deyil, aksiomadır. Mən onun fərdi və ya partiyanın qərarı ilə prezidentliyə namizəd olmasının dağıdıcı rol oynayacağından yazmışam. Seçkilərə 2 aydan az qaldığı vaxtda ölkədəki vəziyyəti yaxşı bilirsiniz. Hələki xalq dərin depresiyadadır. Bu depresiya Putin seçkilərə qədər Azərbaycana gəlib demokratiya üçün müəyyən ciddi mesajlar verməsə, daha da dərinləşəcək. Əlbəttə ən yaxşı variant Putinin seçkilərdən sonra Bakıya səfəri olardı. İndi Milli Şuranın vəzifəsi Putinə Rusia səfirliyi vasitəsilə təcili məktub göndərməsi olmalıdır”.
Rəsul Quliyev İsa Qəmbərin prezident seçkisində iştirakının heç nə vəd etmədiyini vurğulayıb:
”İndi siz özünüz təsəvvür edin, İsa Qəmbər seçkilərdə iştirak edir və rəsmi 2-3 faiz səs toplayır. Səslər belə olacaq: 75-80 faiz İlham Əliyev, 2-ci və 3-cü yerlərdə kimlərsə, 4-cü yerdə İsa Qəmbər. Siz də, biz də seçkilər saxtalaşdırıldı deyib hay-küy saldıq. Nəticəsi nə olacaq? Heç bir şey. Beynəlxalq təşkilatlar “bəli azad seçki keçrilmədi” deyə təsdiqləyəcəklər, pərdəarxası deyəcəklər “hanı o səsləri saxtalaşdırılmışlar, niyə küçələrə çıxmırlar?”.
Adamları küçələrə çıxara biləcəyikmi, yox. Nəticədə onsuz da zəif olan müxalifət ümumiyyətlə qəbrə qoyulacaq. Müxalifət real yox, virtual, qəzetlərdə, internet səhifələrində, Fasebook-da fəaliyyət göstərəcək. İki ildən sonra məsələn, Müsavat Partiyasından hansısa rayondan heç kimin tanımadığı bir-iki adamı parlamentə təyin edəcəklər vəssalam”.
Rəsul Quliyev hazırki iqtidarın hakimiyyətdə qalması üçün yaşıl işıq yandırılacağını, bu işığın neft pulları azaldıqca xaos şəkilində iğtişaşlar başlayana qədər yanacağını proqnozlaşdırır.
”Bu da hər halda 2020-ci ilə qədərdə davam edə bilər” deyən eks-spiker bildirib.
O, daha sonra ”başqa məqsədim yoxdur. Mən heç kimi boykota çağırmıram. Mən Rüstəm İbrahimbəyov qeydiyata alınana qədər mübarizə aparmağı təklif edirəm. Mən əgər bu proses getməsə, seçkilərin keçrilməsinə imkan verməməyə çağırıram" deyə qeyd edib.