Ermənilərin Kəlbəcərdəki qədim alban məbədləri üzərinə iyrənc damğalarını həkk edərək onları “erməniləşdirmək”lə bağlı ölkə mediasında yayımlanan xəbərlər və onların TV-lərlə canlı nümayişi içimdə yenidən tufanlar qopardı. Yadıma hələ işğaldan qabaq ermənilərin Kəlbəcərdə həyata keçirdikləri iyrənc təxribatlar və bunun müqabilində o zamankı başbilənlərimizin belə ciddi məsəyə biganə münasibəti düşdü.
Хаtırlаdaq ki, ermənilərin Kəlbəcərə təcavüzü yalnız müxtəlif illərdə hərbi müdaxilələrlə məhdudlaşmayıb. Məlum hərbi təcavüzdən on illər qabaq ermənilər bölgədə sistemli şəkildə iyrənc təxribatlar törədərək gələcək işğallarına zəmin hazırlayıblar.
Tarixdən yaxşı məlumdur ki, Kəlbəcər ərazisi qədim Alban, Qaraqoyunlular və Ağqoyunlular dövlətlərinin zəngin mədəniyyət izlərini özündə yaşadan bölgələrimizdən biri idi. İşğala qədər Kəlbəcərdə xeyli alban kilsəsi, alban-xristian mədəniyyətinin onlarla maddi-tarixi abidəsi, bu mədəniyyətlə bağlı toponimlər, eləcə də Ağqoyunlular və Qaraqoyunlular dövlətlərinin mədəniyyət nümunələri olan, böyük sənətkarlıqla işlənmiş onlarla at və qoç heykəlləri qalmaqdaydı. Məhz tariximizin bu səhifələrini nişanələrdən və yaddaşlardan silmək üçün hələ Sovet hakimiyyəti illərində xüsusi mərkəzlərdə hazırlıq görmüş erməni təxribatçıları xəlvəti yollarla Kəlbəcərdəki qiymətli abidələri korlayaraq sıradan çıxarır, oğurlayaraq Ermənistana aparır, yaxud da “erməniləşdirirdilər”. Onlar yaxşı anlayırdılar ki, nə qədər ki, bu ərazidə Azərbaycan xalqına məxsus qədim tarixi abidələr qalır, burada “erməni izi” axtarmaq absurddur. Kəlbəcərdə tarixən ermənilər yaşamadığından onlar bu bölgəyə xırda pal-paltar alverçisi, bənna, nalbənd və başqa sənət adamı cildində ayaq açaraq, goreşən xisləti ilə xeyli sayda alban xaç nümunələrini yonaraq “erməniləşdirmişdilər”. Bunlar baş tutmayanda isə belə bir iyrənc təbliğat aparmışdılar ki, alban kilsələrindəki xaçların altında qızıl, ləl-cəvahirar gizlədilib. Məhz bir çox alban xaçlarını da öz “ağıllılarımızın” əlləriylə məhv etmişdilər.
Hələ Sovet hakimiyyəti illərində Zar zonasında yerli sakinlərdən biri uzun illər bu kəndlərə gəlib-gedən Qarsevan adlı “fağır” erməni alverçisini “Qoşa xaç” adlanan ərazidə “iş başında” tutmuşdu. Ondan nə iş gördüyünü soruşanda isə hiyləgər erməni yalan-palandan uyduraraq aradan çıxmışdı. Hadisə yerinə baxış keçiriləndə isə ordakı qədim alban xaçının yonularaq “erməniləşdirilidiyi” məlum olmuşdu. Sonradan Qarabağ münaqişəsi başlayandan sonra məlum oldu ki, bu “fağır” erməni Ermənistan xüsusi xidmət orqanlarının yüksək çinli əməkdaşı imiş və o, bu yolla çox sayda alban xaçını korlayıbmış.
O illərdə ermənilərin təxribatlarından danışmaq da olduqca təhlükəli idi, çünki bizim hüquq-mühafizə orqanlarımız bu yöndə çox “sarvaxt” və “beynəlmiləlçi” idilər.
Qeyd etdiyim kimi Kəlbəcər qəbiristanlıqlarında çox unikal və böyük sənətkarlıqla yaradılmış çoxsaylı at və qoç heykəlləri, qədim sənduqələr vardı. Onları yaradanların adları çoxdan tarixin zülmətinə bürünsə də tariximizin araşdırılımasında bu abidələr əvəzsiz bir ipucu idi. Yerli sakinlər bir vaxt ayılıb gördülər ki, bu nadir sənət nümunələri də çox müəmmalı şəkildə yoxa çıxır. Təsadüfi bir olay onların da ermənilər tərəfindən gecə ilə oğurlanaraq Ermənistana aparıldığını üzə çıxardı.
Jurnalistika fakültəsinin tələbəsi olarkən 1987-ci ildə Kəlbəcər rayon “Yenilik” qəzetində tarixi abidələrimizə qarşı erməni təxribatlarına güzgü tutan “Sal qayalar, lal qayalar” adlı geniş bir yazı çap etdirdim. Yazı rayon ictimaiyyəti arasında böyük rəğbətlə qarşılansa da, təəssüflər olsun ki, Moskvanın qorxusundan bizimkilər cınqırlarını da çıxarıb bu təxribatlara bir etiraz bildirmədilər. Rəsmi Bakı da həmişəki kimi “təmkinlə” susdu. Əvəzində isə Qarabağda erməni seperatizmi başlayanda bizim “başbilənlərimizin” birinci işi Kəlbəcərdəki alban-xristian mədəniyyəti ilə bağlı toponimlərin adlarını tələm-tələsik dəyişdirmək oldu. Onlar bu addımları ilə erməni dəyirmanına su tökdüklərini belə anlamadılar.
Bəli, ermənilərin tariximizə və torpaqlarımıza qarşı iyrənc təcavüzləri on illərdir ki, davam edir. Bu təxribatlarda onların ən çox işlətdikləri silah isə “kilsə və xaç” əməliyyatlarıdır. Elə Qərbin və Avropanın da ermənilərə yandaşlıq etmələri birbaşa bu amillərlə bağlıdır. Düşünürəm ki, onları bu silahdan məhrum etmək üçün yaxın zamanlarda “Azərbaycanda xristianlığın tarixi”(ad şərtidir.İ.M) adlı geniş beynəlxalq bir elmi konfrans keçirmək lazımdır (bu sayaq tədbirlərin Avropa ölkələrində də mütəmadi keçirilməsi şərti ilə). Buna bizim geniş elmi bazamız da, maddi imkanımız çatır. Həmin konfransda Azərbaycanda xristianlığın ermənilərdən çox-çox illər qabaq qəbul edildiyini, indiki Ermənistan və işğal altındakı Azərbaycan torpaqlarındakı xristian məbədlərinin və tarixi abidələrin də məhz Azərbaycan-Alban mədəniyyətinə aid olduğunu çoxdan sübut olunmuş elmi faktlarla dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Həm də bu konfransı elə möhtəşəm keçirmək lazımdır ki dünyanın kar qulağı bir balaca cingildəsin. Onsuz da erməni bildiyini edəcək. O zamana kimi ki, Azərbaycan əsgəri onun eybəcər burnunu ovub, murdar ayaqlarını müqəddəs torpaqlarımızdan birdəfəlik siləcək.